Vivo şirkəti hal-hazırda aktiv şəkildə vivo V40 smartfon seriyası üzərində çalışır. Bu seriyaya minimum iki model daxil olacaq. Vivo V40 və vivo V40 Pro. İndi isə məlum olub ki, vivo V40 Pro modeli Geekbench testlərindən keçib. Bunun sayəsində smartfon barəsində bəzi təfərrüatlar ortaya çıxıb. Beləliklə Geekbench-in məlumatlar bazasına əsasən vivo V40 Pro smartfonu MediaTek Dimensity 9200+ prosessoru vasitəsilə çalışacaq. Geekbench testlərindən smartfonun 8 GB RAM-a sahib versiyası keçib. Üstəlik Geekbench sayəsində məlum olub ki, vivo V40 qutudan Android 14-ü əldə edəcək. Smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 1811 xal, çox nüvəli testi çərçivəsində isə 5229 xal toplayıb. Vivo V40 smartfon seriyasının yaxın zamanda təqdim olunacağı gözlənilir.