main-post-cover

    Vivo V50-nin təqdimatı rəsmi şəkildə anons edilib

    Cihazlar+
    07.02.2025
    Emil Nəcəfov
         Bir neçə müddət ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Vivo şirkəti sonunda Vivo V50 smartfonunun təqdimatını anons edib. Şirkət tərəfindən təqdim edilmiş posterə əsasən Vivo V50 smartfonu 17 fevral tarixində təqdim olunacaq. Qeyd etmək lazımdır ki, son günlərdə Vivo V50 barəsində olduqca çoxlu sayda məlumat ortaya çıxıb.
         Vivo hətta rəsmi şəkildə sözügedən smartfonun render fotolarını və bəzi texniki imkanlarını da təqdim edib. Həmin render fotolardan artıq məlumdur ki, smartfon yuvarlaq kənar hissələrə sahib gövdə dizaynını əldə edəcək. Onun arxa panelinin yuxarı sol hissəsində isə oval formalı kamera sahəsi yerləşəcək. Kamera sahəsinin daxilində 2 ədəd kamera mövcud olacaq.
         Rəsmi məlumata əsasən smartfon özündə 50 MP + 50 MP iklili arxa kameranı və 50 MP-lik ön kameranı birləşdirəcək. Bundan əlavə olaraq Vivo rəsmi şəkildə təsdiqləyib ki, Vivo V50-nin gövdəsi IP68/69 standartları üzrə sudan qorunma özəlliyinə sahib olacaq və 90 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, smartfonun Snapdragon 7 Gen 3 prosessoru vasitəsilə çalışacağı gözlənilir.
    Mənbə: Gadgets360
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Vivo V50-nin rəsmi render fotoları və bəzi texniki imkanları təqdim edilib
    vivo-v50-nin-resmi-render-fotolari-ve-bezi-texniki-imkanlari-teqdim-edilib
    Təqdimata hazırlaşan Vivo V50-nin ilk rəsmi tizer fotosu təqdim edilib
    teqdimata-hazirlasan-vivo-v50-nin-ilk-resmi-tizer-fotosu-teqdim-edilib
    Vivo V50-nin yeni render fotosu və bəzi texniki imkanları təqdim edilib
    vivo-v50-nin-yeni-render-fotosu-ve-bezi-texniki-imkanlari-teqdim-edilib
    Bu il nazik gövdəli smartfonların ili olacaq
    bu-il-nazik-govdeli-smartfonlarin-ili-olacaq
    Vivo V50 smartfonunun real fotoları və bəzi texniki imkanları ortaya çıxıb
    vivo-v50-smartfonunun-real-fotolari-ve-bezi-texniki-imkanlari-ortaya-cixib