Vivo şirkətinin top menecerlərindən biri vivo x100 flaqman smartfonunun ilk rəsmi render fotosunu təqdim edib. Təqdim edilmiş fotoda smartfonun yalnız arxa paneli əks olunub. Fotodan da görmək olar ki, smartfonun gövdəsi mavi rəngdədir. Arxa paneldə dairəvi formalı böyük ölçülü kamera sahəsi yerləşir. Kamera sahəsinin daxilində 4 ədəd kamera obyektivi və Zeiss yazısı var. LED işıqlandırma isə kamera sahəsindən kənarda yerləşdirilib. Vivo X100 smartfon seriyasının yaxın zamanda təqdim olunacağı gözlənilir. Bu seriyaya vivo X100, X100 Pro və X100 Pro+ modelləri daxil olmalıdırlar.