Xiaomi 15 Ultra-nın sxematik fotosu ortaya çıxıb
Cihazlar+
03.10.2024
Emil Nəcəfov
Xiaomi şirkəti bu ayın sonunda Xiaomi 15 və Xiaomi 15 Pro smartfonlarını, gələn il isə Xiaomi 15 Ultra smartonunu təqdim edəcək. İnternetdə Xiaomi 15 Ultra-nın dizaynını sərgiləyən sxematik foto ortaya çıxıb. Sxematik fotoda smartfon həm ön həm də arxa paneldən əks olunub. Beləliklə fotoya əsasən Xiaomi 15 Ultra smartfonu yastı gövdə və ekran dizaynını əldə edəcək. Onun ekranı üzərində kiçik dairəvi çıxntı, arxa panelində isə böyük ölçülü dairəvi kamera sahəsi yerləşəcək. Bununla yanaşı sxematik fotoda arxa kamera sahəsi üzərində Leica yazısını görmək olar. Bu isə o deməkdir ki, Xiaomi kameralar mövzsunda Leica şirkəti ilə əməkdaşlığını davam etdirəcək. Gözləntilərə əsasən Xiaomi 15 Ultra smartfonu 2K keyfiyyətli ekranla təchiz olunacaq, Snapdragon 8 Elite (Snapdragon 8 Gen 4) prosessoru vasitəsilə çalışacaq və özündə 6000 mAh və ya 6000 mAh-dan daha böyük həcmli batareyanı birləşdirəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Xiaomi MIX Flip, Xiaomi 14T və Xiaomi 14T Pro smartfonları uzunmüddətli dəstəyə sahib olacaqlar
Xiaomi MIX Flip, Xiaomi 14T və Xiaomi 14T Pro smartfonları uzunmüddətli dəstəyə sahib olacaqlar
Xiaomi şirkəti keçən həftə qlobal bazarda qatlana bilən qapaqlı MIX Flip smartfonunu və Xiaomi 14T ilə Xiaomi 14T Pro smartfonlarını təqdim etdi.
Xiaomi 15 Pro smartfonu Xiaomi 13 Ultra-nın telekamerasını əldə edəcək
Xiaomi 15 Pro smartfonu Xiaomi 13 Ultra-nın telekamerasını əldə edəcək
Xiaomi 23 oktyabr tarixində Xiaomi 15 smartfon seriyasını təqdim edəcək. Sözügedən seriyaya iki model daxil olacaq. Xiaomi 15 və Xiaomi 15 Pro.
Redmi K80 və K80 Pro smartfonlarının kameraları və prosessorları barəsində məlumat verilib
Redmi K80 və K80 Pro smartfonlarının kameraları və prosessorları barəsində məlumat verilib
Xiaomi-nin Redmi brendi artıq gələn ay Redmi K80 smartfon seriyasını təqdim etməlidir. Bu seriyaya minimum iki model daxil olacaq. Redmi K80 və K80 Pro.
Təqdimata hazırlaşan büdcəli POCO C75 smartfonu Geekbench testlərindən keçib
Təqdimata hazırlaşan büdcəli POCO C75 smartfonu Geekbench testlərindən keçib
Xiaomi-nin POCO brendi POCO C75 adlı yeni büdcəli smartfonunu təqdim etməyə hazırlaşır. Məlum olub ki, bu yeni büdcəli smartfon Geekbench testlərindən keçib.
Xiaomi Smart Band 9-un qlobal versiyası təqdim edilib - QİYMƏTİ
Xiaomi Smart Band 9-un qlobal versiyası təqdim edilib - QİYMƏTİ
Xiaomi şirkəti qatlana bilən qapaqlı Xiaomi MIX Flip ilə yanaşı daha bir məhsulunun qlobal versiyasını təqdim edib. Söhbət, Xiaomi Smart Band 9-dan gedir.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ