main-post-cover

    Xiaomi 17 Pro və 17 Pro Max köməkçi ekrana sahib olacaqlar

    Cihazlar+
    16.09.2025
    Emil Nəcəfov
         Dünən Xiaomi rəsmi şəkildə təsdiqlədi ki, Xiaomi 17 flaqman smartfon seriyası bu ayın sonuna kimi təqdim olunacaq. Qeyd etmək lazımdır ki, bu seriyaya 3 model daxil olacaq: Xiaomi 17, Xiaomi 17 Pro Xiaomi 17 Pro Max. İndi isə şirkət Xiaomi 17 Pro və 17 Pro Max modellərinin xarici görünüşlərini sərgiləyib. Xiaomi tərəfindən təqdim edilmiş fotolarda bu smartfonlar arxa paneldən əks olunublar. Fotolardan da görmək olar ki, həm Xiaomi 17 Pro həm də Xiaomi 17 Pro Max-ın arxa panelində əlavə köməkçi ekran mövcud olacaq. Köməkçi ekran arxa kameralar ilə birlikdə düzbucaq formalı xüsusi daxilində yerləşəcək. Köməkçi ekranda bildirişlər, zaman və s. məlumatlar əks olunacaq. Smartfonlarda üçlü arxa kamera sistemi reallaşdırılıb. Onlardan ikisi düzbucaq formalı sahənin daxilində, üçüncüsü isə sahənin alt hissəsində yerləşir. Bundan əlavə olaraq Xiaomi rəsmi şəkildə təsdiqləyib ki, hər 3 smartfon Snapdragon 8 Elite 5 prosessoru vasitəsilə çalışacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Büdcəli REDMI A27Q 2026 monitoru təqdim edilib - QİYMƏTİ
    budceli-redmi-a27q-2026-monitoru-teqdim-edilib-qiymeti
    Xiaomi-nin yeni flaqman smartfon seriyası Xiaomi 17 adlanacaq
    xiaomi-nin-yeni-flaqman-smartfon-seriyasi-xiaomi-17-adlanacaq
    Xiaomi Pad 8 Pro planşeti Geekbench testlərindən keçib
    xiaomi-pad-8-pro-planseti-geekbench-testlerinden-kecib
    2025-ci ilin ikinci rübündə ən çox satılmış smartfonların siyahısı təqdim edilib
    2025-ci-ilin-ikinci-rubunde-en-cox-satilmis-smartfonlarin-siyahisi-teqdim-edilib
    REDMI 15R 5G-nin render fotosu və texniki imkanları ortaya çıxıb
    redmi-15r-5g-nin-render-fotosu-ve-texniki-imkanlari-ortaya-cixib