main-post-cover

    Xiaomi adı bəlli olmayan yeni flaqman smartfon üzərində çalışır

    Cihazlar+
    27.01.2025
    Emil Nəcəfov
         Çinin 3C adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında Xiaomi-nin adı bəlli olmayan yeni smartfonu ortaya çıxıb. Ortaya çıxmış smartfon 25042PN24C model nömrəsinə sahibdir. Sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında qeyd edilmiş məlumata əsasən Xiaomi-nin adı bəlli olmayan bu yeni smartfonu 5G dəstəyinə sahib olacaq. Bununla yanaşı məlumatlar bazasında smartfonun hansı gücdə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcəyi də qeyd edilib. Söhbət, 90 vatt gücündə sürətli şarj texnologiyasından gedir.
         Smartfonun adı barəsində heç bir məlumat olmasa da, insayderlər güman edirlər ki, bu, Xiaomi 15S Pro-dur. Smartfonun model nömrəsindəki ilk dörd rəqəm onun aprel ayının sonunda təqdim olunacağına işarə edir. Qeyd etmək lazımdır ki, sözügedən smartfonun Xiaomi 15S Pro olacağı halda o, Xiaomi-nin Surge S2 adlı yeni fərdi prosessorunu əldə edə bilər. Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, şirkətin Surge S2 adlı yeni mobil prosessorunu ilk əldə edəcək smartfon məhz Xiaomi 15S Pro olacaq. Son məlumat sızıntılarına inansaq, Surge S2 prosessoru 3 nanometrlik texnoloji proses əsasında hazırlanacaq
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Təqdimata hazırlaşan Xiaomi 15 Ultra-nın ilk real fotosu ortaya çıxıb
    teqdimata-hazirlasan-xiaomi-15-ultra-nin-ilk-real-fotosu-ortaya-cixib
    Bu il nazik gövdəli smartfonların ili olacaq
    bu-il-nazik-govdeli-smartfonlarin-ili-olacaq
    ABŞ sanksiyalarından sonra Huawei ilk dəfə Çin smartfon bazarında liderliyini geri qaytarıb
    abs-sanksiyalarindan-sonra-huawei-ilk-defe-cin-smartfon-bazarinda-liderliyini-geri-qaytarib
    HyperOS-də kompüter oyunlarının dəstəyi reallaşdırılacaq
    hyperos-de-komputer-oyunlarinin-desteyi-reallasdirilacaq
    Xiaomi 15 Ultra-nın qlobal versiyası rəsmi şəkildə təsdiqlənib
    xiaomi-15-ultra-nin-qlobal-versiyasi-resmi-sekilde-tesdiqlenib