Xiaomi şirkəti bu il ərzində ilk qatlana bilən qapaqlı smartfonunu təqdim etməlidir. Söhbət, Xiaomi Mix Flip-dən gedir. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder bu smartfonun bəzi texniki imkanlarını açıqlayıb. Beləliklə insayderin sözlərinə əsasən Xiaomi Mix Flip dəqiq şəkildə Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı insayder qeyd edib ki, smartfonun batareya həcmi ya 4800 mAh ya da 4900 mAh təşkil edəcək. Bununla belə smartfon olduqca nazik gövdəyə sahib olacaq. Xiaomi Mix Flip-in konkret olaraq nə zaman təqdim olunacağı bilinmir.