main-post-cover

    Xiaomi Mix Flip nazik və yüngül gövdəni əldə edə bilər

    Cihazlar+
    29.01.2024
    Emil Nəcəfov
         Digital Chat Station ləqəbli məşhur insayder Xiaomi-nin yeni qatlana bilən smartfonu barəsində növbəti məlumatları təqdim edib. İnsayderin sözlərinə əsasən şirkətin növbəti qatlana bilən smartfonu nazik və yüngül gövdəni əldə edəcək. Bununla yanaşı insayder qeyd edib ki, qatlana bilən smartfon Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq və özündə peyk rabitəsi funksiyasını birləşdirəcək. İnsayder smartfonun necə adlanacağı barəsində məlumat verməsə də, onun təqdim etmiş olduğu texniki imkanlar böyük ehtimal ilə qatlana bilən qapaqlı Xiaomi Mix Flip-ə aiddir. Hələ keçən il məlumat ortaya çıxmışdı ki, Xiaomi öz ilk qatlana bilən qapaqlı smartfonu üzərində çalışır və onun Mix Flip adını əldə edəcəyi güman edilir. Sözügedən smartfonun bu il ərzində təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi SU7-nin qar şəraitində səyahət testi sərgilənib (VİDEO)
    xiaomi-su7-nin-qar-seraitinde-seyahet-testi-sergilenib-video
    Snapdragon 8 Gen 4 əsaslı Xiaomi 15 smartfonları artıq testlərdən keçirlər
    snapdragon-8-gen-4-esasli-xiaomi-15-smartfonlari-artiq-testlerden-kecirler
    Xiaomi 14 Ultra-nın arxa kamera sahəsi elementinin fotosu ortaya çıxıb
    xiaomi-14-ultra-nin-arxa-kamera-sahesi-elementinin-fotosu-ortaya-cixib
    Xiaomi flaqman Snapdragon prosessoruna sahib yeni planşetinin təqdimatına hazırlaşır
    xiaomi-flaqman-snapdragon-prosessoruna-sahib-yeni-plansetinin-teqdimatina-hazirlasir
    Xiaomi Pad 6 planşetinin qlobal versiyası HyperOS-i əldə edib
    xiaomi-pad-6-plansetinin-qlobal-versiyasi-hyperos-i-elde-edib