Xiaomi-nin ilk qatlana bilən qapaqlı smartfonu qlobal bazarda da satılacaq
Cihazlar+
05.06.2024
Emil Nəcəfov
Biz dəfələrlə məlumat vermişik ki, Xiaomi şirkəti bu il ərzində ilk qatlana bilən qapaqlı smartfonunu təqdim etməlidir. Sözügedən smartfonun Xiaomi Mix Flip adlanacağı güman edilir. Ortaya çıxmış yeni məlumata əsasən Xiaomi Mix Flip smartfonu Çin bazarından kənarda da satılacaq. Xiaomi-nin indiyənə təqdim etmiş olduğu qatlana bilən smartfonların hamısı eksklüziv olaraq yalnız Çində satılıb. Söhbət, Xiaomi Mix Fold smartfon seriyasından gedir. Lakin görünür, Xiaomi-nin ilk qatlana bilən qapaqlı smartfonu üçün istisna hal olacaq.
Məsələ burasındadır ki, Xiaomi Mix Flip-in sahib olduğu 2405CPX3DG model nömrəsi sertifikatlaşdırma agentliklərindən birinin məlumatlar bazasında aşkar edilib. Model nömrəsinin sonunda olan G hərfi isə Global sözünə işarə edir. Bu isə smartfonun həm Çində həm də qloabl bazarda satılacağı deməkdir. Xiaomi Mix Flip-in yaxın zamanda Çində təqdim olunacağı gözlənilir. Çox güman ki, smartfon qlobal bazarda Çindəki təqdimatdan bir qədər sonra təqdim olunacaq. Gözləntilərə əsasən Xiaomi Mix Flip smartfonu Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq, özündə 50 MP-lik əsas arxa kameranı birləşdirəcək və 4000-4500 mAh enerji tutumlu batareyanı əldə edəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Məşhur insayder Redmi K80 Pro-nun texniki imkanları ilə bağlı təfərrüatları bölüşüb
Məşhur insayder Redmi K80 Pro-nun texniki imkanları ilə bağlı təfərrüatları bölüşüb
Xiaomi-nin Redmi brendi bu ilin sonuna yaxın Redmi K80 smartfon seriyasını təqdim etməlidir. Bu seriyaya minimum iki model daxil olacaq. Redmi K80 və K80 Pro.
Orta büdcəli Redmi 13 4G smartfonu təqdim edilib - QİYMƏTİ
Orta büdcəli Redmi 13 4G smartfonu təqdim edilib - QİYMƏTİ
Xiaomi-nin Redmi brendi qlobal bazarda yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Redmi 13 4G-dən gedir.
Xiaomi 14 CIVI-nin texniki göstəriciləri məlum olub
Xiaomi 14 CIVI-nin texniki göstəriciləri məlum olub
Keçən həftə Xiaomi şirkəti Xiaomi 14 CIVI smartfonunun təqdimatını anons etmişdi. Smartfon 12 iyun tarixində təqdim olunacaq və o, mart ayında təqdim edilmiş Xiaomi CIVI 4 Pro-nun qlobal bazar üçün nəzərdə tutulmuş versiyası olmalıdır.
Xiaomi 15 smartfonlarının kamera imkanları barəsində təfərrüatlar verilib
Xiaomi 15 smartfonlarının kamera imkanları barəsində təfərrüatlar verilib
Xiaomi payız fəslində Xiaomi 15 smartfon seriyasını təqdim etməlidir. Keçən ilki Xiaomi 14 seriyası ilə müqayisədə Xiaomi 15 seriyasında daha təkmilləşdirilmiş foto çəkiliş imkanlarının olacaqları gözlənilir.
Xiaomi CIVI 4 Pro-nun qlobal versiyasının təqdimatı anons edilib
Xiaomi CIVI 4 Pro-nun qlobal versiyasının təqdimatı anons edilib
Xiaomi şirkəti mart ayında Xiaomi CIVI 4 Pro adlı subflaqman smartfonunu təqdim etmişdi. İndi isə şirkət onun qlobal versiyasının təqdimatına hazırlaşır.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!