main-post-cover

    ZTE nubia Pad 3D II planşetinin təqdimatı anons edilib

    Cihazlar+
    23.02.2024
    Emil Nəcəfov
         ZTE şirkəti artıq rəsmi şəkildə elan edib ki, o, MWC 2024 sərgisi çərçivəsində qatlana bilən qapaqlı nubia Flip 5G smartfonunu təqdim edəcək. İndi isə məlum olub ki, ZTE sərgi çərçivəsində daha bir cihazını təqdim edəcək. Söhbət, nubia Pad 3D II adlı planşetdən gedir. Planşetin təqdimatı 26 fevral tarixində baş tutacaq. Təqdim edilmiş tizer posterə əsasən sözügedən planşet süni zəka funksiyalarını, 5G dəstəyini və hətta 3D texnologiyasının dəstəyini əldə edəcək. Bu isə o deməkdir ki, planşet öz ekranında 3D görüntünü əks etdirə biləcək və bu cür görüntünü izləmək üçün heç bir 3D eynəyə ehtiyac qalmayacaq. Bununla yanaşı tizer poster vasitəsilə məlum olub ki, nubia Pad 3D II planşeti ikili arxa kameraya sahib olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Qatlana bilən qapaqlı ZTE nubia Flip 5G smartfonunun təqdimatı anons edilib
    qatlana-bilen-qapaqli-zte-nubia-flip-5g-smartfonunun-teqdimati-anons-edilib
    Qatlana bilən qapaqlı ZTE Libero Flip smartfonu təqdim olunub - QİYMƏTİ
    qatlana-bilen-qapaqli-zte-libero-flip-smartfonu-teqdim-olunub-qiymeti
    Nubia Z60 Ultra flaqman smartfonunun texniki imkanları açıqlanıb
    nubia-z60-ultra-flaqman-smartfonunun-texniki-imkanlari-aciqlanib
    Nubia Z50S flaqman smartfonu təqdim edilib - QİYMƏTİ
    nubia-z50s-flaqman-smartfonu-teqdim-edilib-qiymeti
    Nubia Z60 Ultra flaqman smartfonu Geekbench testlərindən keçib
    nubia-z60-ultra-flaqman-smartfonu-geekbench-testlerinden-kecib