ABŞ-da Waymo şirkətinin pilotsuz avtomobili insanlar tərəfindən yandırıldı (VİDEO)
Nəqliyyat
13.02.2024
Emil Nəcəfov
10 fevral tarixində San Fransiskonun Çin qəsəbəsi ərazisində bir qrup şəxs Waymo şirkətinin pilotsuz avtomobilini əhatəyə alaraq onu yandırıb. Baş vermiş hadisənin nəticəsi ilə bağlı videonu bu linkdən izləmək olar. Məlumata əsasən hadisənin baş verdiyi an avtomobilin daxilində heç kəs olmayıb. Hadisədə iştirak etmiş şəxslər pilotsuz avtomobilin şüşələrini sındıraraq salona atəşfəşanlıq atıblar. Nəticədə avtomobil alovlanmağa başlayıb. Videodan da görmək olar ki, Waymo-nun pilotsuz avtomobili tamamilə yararsız hala gəlib. Bu səbəbdən xilasedicilər hətta ilk əvvəl pilotsuz avtomobilin hansı şirkətə məxsus olduğunu belə təyin edə biməyiblər. Waymo öz növbəsində bildirib ki, o, hadisənin istintaqı mövzusunda hüquq-mühafizə orqanları ilə yaxından əməkdaşlıq edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!