Bugatti saatda 500 km sürət həddini keçməyi hədəfləyib
Nəqliyyat
20.11.2024
Emil Nəcəfov
Bugatti şirkəti əldə etmiş olduğu nailiyyətlərlə yetinmək niyyətində deyil. Bugatti Mistral vasitəsilə üstü açıq avtomobillər arasında sürət rekordunu (saatda 453 km) qırdıqdan sonra şirkətin CEO-su Mate Rimac yeni iddialı məqsədini anons edib. Belə ki, o, saatda 500 km sürət həddini keçmək istəyir. Məlumata əsasən Almaniyanın Papenburq şəhərindəki yarış trekində Bugatti Mistral-ın testlərindən sonra Mate Rimac, Michelin şirkətinin mühəndisləri ilə aktiv müzakirə aparıb. Aparılmış müzakirənin mövzusu isə saatda 500 km-dən yüksək sürətdə müxtəlif yüklənmələrə tab gətirə biləcək təkərlər olub. Şirkət yeni sürət rekorduna Bugatti Tourbillon adlı hiperkar ilə imza atmaq istəyir. Qeyd etmək lazımdır ki, bu hiperkar özündə W16 mühərrikinə sahib hibrid sistemi birləşdirir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
2 Bugatti Chiron markalı avtomobil, yol verməmək üçün bir-birilərilə toqquşaraq qəza törədiblər!
2 Bugatti Chiron markalı avtomobil, yol verməmək üçün bir-birilərilə toqquşaraq qəza törədiblər!
Mərakeşdə əylənmək üçün yola çıxan 2 Bugatti Chiron sahibinin böyük bir qəzaya səbəb olduqları bildirilib. Avtomobillərdən biri ciddi şəkildə zərər görsə də, yaralı və ya itki haqqında heç bir məlumat verilməyib.
Bugatti Chiron alana üzərində "Rolls-Royce" hədiyyə!
Bugatti Chiron alana üzərində "Rolls-Royce" hədiyyə!
ABŞ-ın Florida ştatında fəaliyyət göstərən avtomobil mağazalarından biri görənləri təəccübləndirən bir kampaniya başladıb. Bu kampaniya çərçivəsində diler 2021 model Bugatti Chiron alan şəxsə az işlənmiş Rolls-Royce Wraith hədiyyə edəcəklərini bildirib.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!