main-post-cover

    Çin avtomobil sahəsinin sürətli inkişafı minlərlə elektromobili inkişafdan saxladıb

    Nəqliyyat
    21.02.2025
    Emil Nəcəfov
         Çin elektrik avtomobil bazarının sürətli inkişafı bəzi mənfi təsirlərə də səbəb olur - bazar həyat qabiliyyəti olmayan şirkətləri sıxışdırır və bu, tez-tez müştəriləri problemləri ilə tək buraxır. 2023-cü ildə iflas etmiş WM Motor-un avtomobilləri bunun bariz nümunəsidir, çünki onların funksionallığı zamanla pisləşir. Bloomberg bu problemi araşdırmaq üçün Şanxay sakini, soyadı Mu olan bir şəxsin hekayəsinə diqqət yetirib. Mu, 2022-ci ildə WM Motor-un EX5 elektromobil modelini aldıqda xoşbəxt idi, lakin istehsalçının iflasından 2 il sonra problemlərlə qarşılaşmağa başlayıb. Avtomobilində qarşılaşdığı əsas problemlər bunlardır:
    - Bluetooth vasitəsilə elektron açarla avtomobilini aça bilmir.
    - Multimedia sistemi nasaz işləyir.
    - Naviqasiya xəritələri yenilənmir.
    - Online video izləmə funksiyası qeyri-sabit işləyir.
         Bu vəziyyət Çində iflas edən elektrik avtomobil istehsalçılarının müştərilərə yaratdığı problemlərin real nümunəsidir. Rəsmi olaraq, avtomobil hələ də əsas nəqliyyat funksiyalarını yerinə yetirir və istismar baxımından benzinli modellərə nisbətən daha sərfəlidir. Lakin elektrik avtomobilin ağıllı funksiyalarının zəifləməsinə əlavə olaraq, sığorta problemləri və gələcəkdə ehtiyat hissələrinin tapılması ilə bağlı çətinliklər də yaranıb. Bəzi sığorta şirkətləri problemli markaların sahibləri üçün sığorta qiymətlərini artırmağa başlayıb. Elektrik avtomobil bazarında dövlət subsidiyalarının azalması və artan rəqabət nəticəsində baş verən "qiymət müharibələri" dominant oyunçuların, xüsusilə BYD kimi markaların güclənməsinə gətirib çıxarıb.
         Kiçik şirkətlərin isə bazarda yaşaması çətinləşib. Məsələn, Jiyue Auto şirkəti bazara daxil olduqdan cəmi 1 ildən bir qədər sonra əlavə maliyyə mənbələri axtarmaq və istehsal həcmini azaltmaq məcburiyyətində qalıb. İflas etmiş şirkətlərin avtomobillərinə sahib olan bəzi insanlar, investisiyalarını doğrultmaq və funksionallığını itirmiş sistemlərinə görə mənəvi kompensasiya əldə etmək üçün taksi xidməti göstərməyə başlayıblar. Çində bağlanmış avtomobil markalarının ehtiyat hissələri üçün ikinci əl bazar formalaşıb və bu, "online utilizasiya bazarı"na çevrilib. Bundan əlavə, hakerlər avtomobillərin sistemlərinə lisenziyasız proqram təminatı yükləyərək bəzi itirilmiş funksiyaları bərpa etməyə çalışırlar.
         Bloomberg-in məqaləsində Neta S elektrik avtomobilinin sahibinin yaşadığı çətinliklər də təsvir olunub. Bu şəxs istehsalçının maliyyə problemləri və komponent çatışmazlığı səbəbindən avtomobilinin əyləncə sisteminin ekranını təmir etdirə bilməyib. Bundan əlavə, proqram təminatı yeniləmələri daha nadir yayımlanmağa başlayıb və mövcud xətaların düzəldilməsi daha gec və keyfiyyətsiz həyata keçirilir. Neta Auto şirkəti vəziyyəti bu ilin aprel ayına qədər yaxşılaşdırmağa ümid edir. Lakin bu problemlər fonunda alıcılar avtomobil seçimində getdikcə daha çox böyük Çin markalarına üstünlük verməyə başlayıblar. Bu isə bazarın daha iri oyunçular ətrafında birləşməsini sürətləndirir.
    Mənbə: Bloomberg
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    BYD, Tesla-nın və digər avtomobil istehsalçılarının bizneslərini çökdürə bilər
    byd-tesla-nin-ve-diger-avtomobil-istehsalcilarinin-bizneslerini-cokdure-biler
    BYD öz avtopilotunun idman elektromobilini necə idarə etdiyini sərgiləyib (VİDEO)
    byd-oz-avtopilotunun-idman-elektromobilini-nece-idare-etdiyini-sergileyib-video
    BYD-nin 10 000$-a kimi olan elektromobilləri də avtopilotu əldə edəcəklər
    byd-nin-10-000-a-kimi-olan-elektromobilleri-de-avtopilotu-elde-edecekler
    2024-cü ildə dünyanın ən böyük elektromobil istehsalçısı BYD olub
    2024-cu-ilde-dunyanin-en-boyuk-elektromobil-istehsalcisi-byd-olub
    BYD şirkəti insanabənzər robotların hazırlanmasına istiqamətlənib
    byd-sirketi-insanabenzer-robotlarin-hazirlanmasina-istiqametlenib