Bu həftənin əvvəlində məlum oldu ki, Dodge avtomobil brendi özünün Challenger adlı avtomobil modelinin istehsalını dayandırıb. İndi isə sözügedən avtomobil brendinin daha bir avtomobil modelinin istehsalının dayandırıldığı məlum olub. Söhbət, Dodge Charger-dən gedir. Məlumata əsasən sonuncu Dodge Charger modeli 22 dekabr tarixində istehsal olundu. Qeyd etmək lazımdır ki, Dodge Charger-in son versiyası Scat Pack Widebody adlı versiya idi. O özündə 492 at gücünə sahib 6.2 litrlik V8 mühərrikini birləşdirir və saatda 96 km sürəti 4.3 saniyəyə yığır. Çox güman ki, Dodge Charger elektrikli sedan ilə əvəz ediləcək.