Hələ satışa çıxmamış Xiaomi SU7 artıq yol qəzasına uğrayıb
Nəqliyyat
05.02.2024
Emil Nəcəfov
Xiaomi-nin ilk elektromobili olan Xiaomi SU7 hələ satışa çıxmadığı halda artıq ilk yol qəzasına uğrayıb. Yol qəzasına uğramış Xiaomi SU7-nin fotosu Çinin kütləvi informasiya vasitələri tərəfindən təqdim edilib. Təqdim olunmuş fotodan da görmək olar ki, elektromobilin bamperi və sol işıq paneli zədələnib. Lakin böyük ehtimalla elektromobil işlək vəziyyətdədir. Baş vermiş yol qəzasının təfərrüatları məlum deyil. Lakin yerli bloggerlərin sözlərinə əsasən elektromobil aparılmış testlər zamanı qəzaya uğrayıb.
Sürücü elektromobili zamanında saxlaya bilmədiyi üçün digər avtomobil ilə toqquşub. Məlumata əsasən sürücü elektromobili nəqliyyat vasitəsində qış təkərləri olmadığı üçün zamanında saxlaya bilməyib. Bir neçə müddət bundan öncə Xiaomi şirkəti Xiaomi SU7-nin qar şəraitində test videosunu təqdim etmişdi. Həmin videoda elektromobil heç bir çətinlik çəkmədən hərəkət edirdi. Böyük ehtimal ilə həmin testdə elektromobildə qış təkərləri olub.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Xiaomi Smart Band 8 Pro smart qolbağının qlobal versiyası təqdimata hazırlaşır
Xiaomi Smart Band 8 Pro smart qolbağının qlobal versiyası təqdimata hazırlaşır
Keçən il Xiaomi şirkəti Çin bazarında Xiaomi Smart Band 8 Pro smart qolbağını təqdim etmişdi. İndi isə şirkət onun qlobal versiyasını təqdim etməyə hazırlaşır.
Xiaomi HyperOS-in qlobal beta testinə start verib
Xiaomi HyperOS-in qlobal beta testinə start verib
Xiaomi şirkəti elan edib ki, o, HyperOS-in qlobal beta testinə start verib. Şirkət bunu X-dəki (keçmiş Twitter) hesabında elan edib və bütün istifadəçilərini bu qlobal prosesdə iştiraka dəvət edib.
Təqdimata hazırlaşan POCO X6 Neo smartfonunun texniki göstəriciləri məlum olub
Təqdimata hazırlaşan POCO X6 Neo smartfonunun texniki göstəriciləri məlum olub
Xiaomi-nin POCO brendi öz yeni smartfonunu təqdim etməyə hazırlaşır.
Xiaomi 12 Lite qlobal bazarda HyperOS-i əldə etməyə başlayıb
Xiaomi 12 Lite qlobal bazarda HyperOS-i əldə etməyə başlayıb
Xiaomi şirkəti qlobal bazardakı smartfonlarını HyperOS ilə təmin etməkdə davam edir.
Xiaomi öz elektromobilinin kütləvi istehsalına start verməyə hazırlaşır
Xiaomi öz elektromobilinin kütləvi istehsalına start verməyə hazırlaşır
Çinin kütləvi informasiya vasitələrinin vermiş olduqları məlumata əsasən Xiaomi şirkəti öz ilk elektromobili olan Xiaomi SU7-nin kütləvi istehsalına start verməyə hazırlaşır.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!