main-post-cover

    Mercedes-Benz 2 elektromobilinin istehsalını dayandırır

    Nəqliyyat
    03.09.2025
    Emil Nəcəfov
         Mercedes-Benz yeni təqdim olunmuş 2 elektromobil modelinin istehsalını dayandırmaq qərarına gəlib. Söhbət, EQE sedanı və EQE SUV-dan gedir. Alman avtomobil istehsalçısı elektrikləşmə strategiyasını yenidən nəzərdən keçirərək, nisbətən yeni olan bu 2 modelin buraxılışını vaxtından əvvəl dayandırır. Mercedes-Benz artıq gələn ildən EQE elektromobillərinin və onların off-road versiyası olan EQE SUV-un istehsalını dayandıracaq. Bu modellər cəmi bir neçə il əvvəl təqdim edilmişdi: sedan 2021-ci ildə Münhen avtosalonunda, krossover isə 1 il sonra nümayiş olunmuşdu. Qərar şirkətin elektrikləşmə strategiyasının daxili təftişi və model çeşidində təkrarlanmaların qarşısını almaq istəyi ilə bağlıdır.
         Aşağı satışlar da bu qərara təsir edib. ABŞ-da EQE satışları ötən il 39% azalaraq cəmi 11 660 ədədə düşüb. EQE modelinin baza versiyasının qiyməti 65 000$-dan başlayır, AMG modifikasiyası isə 96.6 min dollar dəyərində qiymətləndirilir. Krossoverin AMG versiyası isə daha bahadır - 97.4 min dollar. Bununla belə, flaqman versiyaların yürüş məsafəsi 370 kilometrdən artıq deyil. Hər 2 modelin dolayı əvəzedicisi kimi gələcəkdə C-ClassGLC platformaları əsasında hazırlanacaq elektromobillər nəzərdə tutulur. Daha əvvəl şirkət EQE-nin axıcı formaları əvəzinə klassik üçhissəli dizayna malik E-Class elektrik avtomobilini də anons etmişdi, lakin bu layihənin taleyi hələ də qeyri-müəyyəndir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Mercedes-Benz dünyanın ən güclü 13 kq-lıq elektrikli mühərrikini yaradıb
    mercedes-benz-dunyanin-en-guclu-13-kq-liq-elektrikli-muherrikini-yaradib
    Milyonlarla Mercedes, Volkswagen və Skoda avtomobillərini Bluetooth vasitəsilə sındırmaq mümkündür
    milyonlarla-mercedes-volkswagen-ve-skoda-avtomobillerini-bluetooth-vasitesile-sindirmaq-mumkundur
    Süni zəka növbəti 10 ildə avtomobil dizaynerlərini əvəz edə bilər
    suni-zeka-novbeti-10-ilde-avtomobil-dizaynerlerini-evez-ede-biler
    Mercedes, Dubayda 1 milyard dollarlıq binanın inşasına hazırlaşır!
    mercedes-dubayda-1-milyard-dollarliq-binanin-insasina-hazirlasir
    Mercedes-Benz yanlışlıqla mənbə kodlarını hər kəsə açıq şəkildə paylaşdı!
    mercedes-benz-yanlisliqla-menbe-kodlarini-her-kese-aciq-sekilde-paylasdi