main-post-cover

    Səudiyyə Ərəbistanında pilotsuz uçuş taksilərinin 12 aylıq testinə start verilir

    Nəqliyyat
    25.07.2025
    Emil Nəcəfov
         Səudiyyə Ərəbistanının əsas nəqliyyat qurumu pilotsuz tipli taksilərin uçuş sınaqlarının başladığını açıqlayıb. Sınaq uçuşları Ər-Riyadda keçiriləcək. Bu barədə Səudiyyə televiziyası Al-Ikhbariya məlumat yayıb. İl boyu davam edəcək yoxlama tədbirləri Səudiyyə dövlətinin intellektual texnologiyalara sadiqliyini göstərməli və ölkənin nəqliyyat sektorunun inkişafını əhəmiyyətli dərəcədə sürətləndirməlidir. Məlumata görə, elektriklə işləyən pilotsuz vasitələr 7 pilot ərazidə fəaliyyət göstərəcək. Ölkədə bu cür ilk obyekt Kral Xalid adına beynəlxalq hava limanı olacaq. Daha sonra sıra Roşi rayonunun sahil zolağına, şahzadə Nura adına təhsil müəssisəsinə, əsas nəqliyyat orqanının qərargahına və Ər-Riyadın digər strateji nöqtələrinə çatacaq.
         Yerlı KİV-lərin məlumatına görə, bu təşəbbüs Səudiyyə Ərəbistanında nəqliyyat xidmətlərinin yenilənməsi və təkmilləşdirilməsini hədəfləyən qlobal milli strategiya olan “Vision 2030”un tərkib hissəsidir. Layihənin məqsədləri isə krallıq üçün yeni olan bu texnologiyanın səmərəliliyinin, təhlükəsizliyinin və funksionallığının yoxlanılmasıdır. Aviasiya pilotsuz nəqliyyat vasitələrinin batareyalarını təmin etmək üçün artıq 13 ədəd şarj stansiyası quraşdırılıb. Sınaq prosesinin gedişi ilə bağlı daha dəqiq məlumatlara əsasən, hər bir pilotsuz taksidə təhlükəsizlik üzrə bir əməkdaş iştirak edəcək. Bu əməkdaş taksinin sistemlərinin düzgün işləməsini yoxlamalı və sərnişinlərin təhlükəsizliyinə nəzarət etməlidir. Pilot layihə sınaqların nəticəsində müsbət qiymət aldıqdan sonra, Səudiyyə Ərəbistanının mütəxəssisləri oxşar taksilərin ölkənin digər bölgələrində də tətbiqinə başlayacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Almaniya 2026-cı ildə uçan taksilər üçün sınaq marşrutları yaradacaq!
    almaniya-2026-ci-ilde-ucan-taksiler-ucun-sinaq-marsrutlari-yaradacaq
    Səudiyyə Ərəbistanında dünyanın ən böyük binasının tikintisinə başlanılıb!
    seudiyye-erebistaninda-dunyanin-en-boyuk-binasinin-tikintisine-baslanilib
    Məkkədə zəvvarlar üçün uçan taksilər istifadəyə verilib!
    mekkede-zevvarlar-ucun-ucan-taksiler-istifadeye-verilib
    Səudiyyə Ərəbistanı yarımkeçirilər sahəsində lider ölkə olmağa hədəflənib
    seudiyye-erebistani-yarimkeciriler-sahesinde-lider-olke-olmaga-hedeflenib