main-post-cover

    Sürücülər məhdud avtopilotdan istifadə halında da yola nəzarət etmirlər

    Nəqliyyat
    18.09.2024
    Emil Nəcəfov
         Tesla şirkətinin bizləri nə dərəcədə inandırmağa çalışmasına baxmayaraq müasir avtomobillər yüksək səviyyəli avtopilot sisteminə sahib deyillər. Onlar fərdi şəkildə tapşırıqların yalnız müəyyən hissəsinin öhdəsindən gələ bilirlər. Lakin bu halda belə sürücü öz diqqətini yoldan ayırmamalıdır. Aparılmış araşdırmaya əsasən bu cür avtomobillərin sahibləri belə sadə qaydaları görməzdən gəlirlər. Fəaliyyəti ABŞ sığorta bazarının iştirakçıları tərəfindən maliyyələşən Yol Təhlükəsizliyi Sığorta İnstitutu özlərində sürücüyə aktiv yardım sistemlərini birləşdirən Tesla və Volvo avtomobillərinin istifadəçilərinin 1 aylıq davranışlarını analiz ediblər.
         Analiz nəticəsində mütəxəssislər belə qənaətə gəliblər ki, bu cür sistemlərə sahib avtomobillərin sürücüləri tez zamanda təhlükəsizlik qaydalarını görməzdən gəlirlər və bu cür sistemlərin tərtibatçıları tərəfindən olan məsləhətlərə formal yanaşırlar. Məsələn əgər sürücüdən hər bir neçə saniyədən bir sükanı tutma tələb edilsə, o bunu yoldakı hərəkət vəziyyətinə heç bir ciddi diqqət yetirmədən edəcək. Əsas məqsəd sadəcə sistemin tələbini yerinə yetirməkdir.
         Sürücülər səyahət zamanı onların diqqətlərini yoldan ayıran işləri görmək üçün avtopilot sisteminin tərtibatçıları tərəfindəın təyin edilmiş məhdudiyyətlərə tez adaptasiya olurlar. Mütəxəssislər bildiriblər ki, nəqliyyat növünün idarəsi prosesini qismən avtomatlaşdıran sistemlər onların təhlükəli istifadələrinin qarşısını ala biləcək daha ciddi şərtlərə sahib olmalıdırlar. Tesla halında mütəxəssislər 14 nəfər sürücünü müşahidə ediblər. Onlar avtopilot sistemi vasitəsilə ümumilikdə 19 300 km yol qətt ediblər.
         Aparılmış təcrübə çərçivəsində Tesla-nın sistemi yola nəzarət etmək lazım olduğunu əks etdirən siqnalı 3858 dəfə işə salıb. Sürücülər siqnala ortalama olaraq 3 saniyə ərzində reaksiya veriblər və sistem tərəfindən ola biləcək daha ciddi xəbərdarlıqdan yan keçmək üçün sükanı tutmağa başlayıblar. Volvo halında isə mütəxəssislər 29 nəfər sürücünü müşahidə ediblər. Volvo halında məlum olub ki, avtopilot sisteminin aktiv olduğu vaxtın 30%-də sürücülər yola nəzarət etməyiblər. Mütəxəssislər bu göstəricini çox yüksək hesab edirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Məşhur avtomobil istehsalçıları elektromobillərə tam keçidi təxirə salırlar
    meshur-avtomobil-istehsalcilari-elektromobillere-tam-kecidi-texire-salirlar
    Tesla şirkəti Robotaxi layihəsinin təqdimatını anons edib
    tesla-sirketi-robotaxi-layihesinin-teqdimatini-anons-edib
    Avtopilot taksi sürücülərini əmək bazarından sıxışdırıb çıxaracaq
    avtopilot-taksi-suruculerini-emek-bazarindan-sixisdirib-cixaracaq
    Tesla-nın elektrik yük maşını Semi, qəzadan sonra alovlanaraq yanıb!
    tesla-nin-elektrik-yuk-masini-semi-qezadan-sonra-alovlanaraq-yanib
    Tesla, bəzi müştərilərinin Model 3 sifarişlərini 8 ildir çatdırmırmış!
    tesla-bezi-musterilerinin-model-3-sifarislerini-8-ildir-catdirmirmis