
Tesla Cybertruck-ın daha kiçik versiyası hazırlanır
Nəqliyyat
30.07.2025
Emil Nəcəfov
Bir neçə il əvvəl Tesla nümayəndələri dəfələrlə bildirmişdilər ki, hazırkı Cybertruck-dan ölçücə kiçik olan elektrikli pikapın istehsalını mümkün hesab edirlər. Şirkətin inkişaf üzrə rəhbəri yaxın zamanda belə elektromobillərin yükdaşıma ilə bağlı kommersiya seqmentində istifadə oluna biləcəyini bəyan edib. Məlumata görə, bu dəfəki açıqlama Tesla-nın nəqliyyat vasitələrinin inkişafı üzrə vitse-prezidenti Lars Moravy-nin dilindən səslənib. “Biz həmişə daha kompakt pikap hazırlamaqdan danışmışıq. Düşünürəm ki, gələcəkdə - dünya daha çox robotaksilərlə dolduqca - biz bu variantı nəzərdən keçirəcəyik. Biz inanırıq ki, bu cür xidmətlər təkcə insanlar üçün deyil, həm də yükdaşıma üçün faydalı ola bilər. Dizayn studiyamızda biz, həqiqətən də, gələcəkdə bu ehtiyaca cavab verə biləcək həllərimizi müzakirə edirik” - deyə Lars Moravy bildirib.

Bununla belə, Tesla-nın vitse-prezidentinin sözlərindən aydın şəkildə başa düşülmür ki, daha kompakt pikap istehlak bazarına çıxarılacaq, yoxsa şirkət sadəcə biznes nümayəndələri üçün bir növ yük robotaksisi yaratmaq ideyasını nəzərdən keçirir. İndiyədək hesab olunurdu ki, daha kiçik pikap Tesla üçün Şimali Amerikadan kənardakı bazarlara çıxış baxımından vacib ola bilər. Çünki Cybertruck ilkin versiyasında təkcə iri və həcmsiz deyil, həm də yol-nəqliyyat hadisələri zamanı ətrafdakılar üçün təhlükəsizlik baxımından yetərincə risklidir. Bundan əlavə, qeyri-adi dizayna malik olan bu elektromobil hazırkı mərhələdə ildə 20 000-dən çox satılmır - bu isə planlaşdırılandan azı 10 dəfə aşağı göstəricidir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Tesla ikinci nəsil Roadster üzərində çalışmağa davam etdiyini xatırladıb

Tesla ikinci nəsil Roadster üzərində çalışmağa davam etdiyini xatırladıb
Bu ayın ortalarında Tesla-nın rəhbəri Elon Musk şirkətin xüsusi dizayn mərkəzini yaxınlarda ziyarət etdiyini etiraf edib və ilin sonuna qədər bu, şirkət tarixində "ən möhtəşəm təqdimatın" keçirilməsinə imkan verəcək.
Tesla çətin vəziyyətini büdcəli elektromobil ilə aradan qaldırmağa hədəflənib

Tesla çətin vəziyyətini büdcəli elektromobil ilə aradan qaldırmağa hədəflənib
Tesla markalı elektromobillərin qlobal miqyasda çatdırılma həcmi artıq ardıcıl 2 rübdür ki, azalır. Bu, əvvəllər 3 rüb ardıcıl artım müşahidə olunan Çin bazarına da aiddir. Maliyyə baxımından da ikinci rübün nəticələri Tesla üçün ürəkaçan olmayıb: gəlir 12%, xalis mənfəət isə tam 16% azalıb.
Tesla büdcəli elektromobilinin bir neçə versiyasını hazırlayıb

Tesla büdcəli elektromobilinin bir neçə versiyasını hazırlayıb
Tesla rəhbərliyinin şərti olaraq Model 2 adlandırılan ən əlçatan elektromobil modelinin buraxılış perspektivləri ilə bağlı ritorikası artıq bir neçə ildir ki, davam edir və daim dəyişir.
Elon Musk ilin sonuna Tesla-nın ən möhtəşəm təqdimatını anons edib

Elon Musk ilin sonuna Tesla-nın ən möhtəşəm təqdimatını anons edib
Elon Musk həyəcan yaratmaqda bənzəri olmayan ustadır və artıq Tesla şirkətinin növbəti təqdimatını anons etməyə başlayıb.
Tesla Optimus robotunun funksionallığını azaltmalı və ya istehsalını təxirə salmalı olacaq

Tesla Optimus robotunun funksionallığını azaltmalı və ya istehsalını təxirə salmalı olacaq
TrendForce mütəxəssisləri daha əvvəl yayımlanmış məlumatı təsdiqləyiblər: Tesla-nın insanabənzər Optimus robotlarının kütləvi istehsalına hazırlıqda problemlərlə üzləşdiyi doğrudur.
Həftənin xəbərləri

