main-post-cover

    Tesla-nın büdcəli elektromobilinin ilk real fotosu ortaya çıxıb

    Nəqliyyat
    01.05.2024
    Farid Pardashunas
         Tesla şirkətinin aktiv şəkildə fəaliyyətə başlayan zamanlardan bəri Elon Musk-ın əsas hədəflərindən biri də büdcəli Tesla elektromobilini istehsal etmək olub. Lakin bir neçə müddət bundan öncə məlumat ortaya çıxdı ki, şirkət büdcəli elektromobilin hazırlanması ideyasından imtina edib və öz diqqətini pilotsuz taksi nəqliyyatına yönləndirib. Lakin görünür, büdcəli elektromobil ideyası Musk-ın ağlından hələ də çıxmayıb. Belə ki, internetdə Tesla Model 2-nin (şərti ad) ilk real fotosu ortaya çıxıb. Məlumata əsasən ortaya çıxmış foto şirkətin Berlindəki zavodunda çəkilib.
         Fotoya əsasən Model 2 elektromobili şirkətin digər elektromobili olan Model Y-ın yanında yerləşib. Fotodan da görmək olar ki, Model 2 öz ölçüləri baxımından Model 3-dən daha kiçikdir. Mütəxəssislər ortaya çıxmış bu foto əsasında artıq elektromobilin keyfiyyətli render fotosunu hazırlayıblar. Fotodan belə qənaətə gəlmək olar ki, Model 2 elektromobili Model 3-dən 15% daha qısa və 30% daha yüngül olacaq. Onun batareya həcminin isə 25% daha kiçik olacağı gözlənilir. Tesla-nın büdcəli elektromobilinin 2025-ci ildə satışa çıxacağı güman edilir. Onun qiymətinin isə 25 000$ təşkil edəcəyi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Avtomobili avtopilot rejimində idarə edən yatmış Tesla sürücüsü polis tərəfindən saxlanılıb!
    avtomobili-avtopilot-rejiminde-idare-eden-yatmis-tesla-surucusu-polis-terefinden-saxlanilib
    Tesla-nın pilotsuz taksi nəlqiyyat növünün necə adlanacağı məlum olub
    tesla-nin-pilotsuz-taksi-nelqiyyat-novunun-nece-adlanacagi-melum-olub
    Tesla Model 3 Performance elektromobili təqdim edilib - QİYMƏTİ
    tesla-model-3-performance-elektromobili-teqdim-edilib-qiymeti
    NVIDIA CEO-su: "İnsana bənzər robotlar avtomobillər kimi kütləvi məhsula çevriləcəklər"
    nvidia-ceo-su-insana-benzer-robotlar-avtomobiller-kimi-kutlevi-mehsula-cevrilecekler
    Tesla 14 000 nəfər işçini ixtisar edəcək
    tesla-14-000-nefer-iscini-ixtisar-edecek