Tesla-nın FSD sistemi üçün Avropa təsdiqi yenidən sual altındadır
Nəqliyyat
25.11.2025
Sevinc Miralizade
Technote.az "TechCrunch" platformasına istinadən bildirir ki, Tesla həftəsonu sosial şəbəkədə paylaşdığı məlumatda Niderlandın nəqliyyat tənzimləyicisi RDW-nin “Full Self-Driving” (FSD) adlanan sürücüyə yardım sistemini 2026-cı ilin fevralında təsdiqləməyə hazırlaşdığını iddia etmişdi. RDW Niderlandda avtomobillərin qeydiyyatı və lisenziyalaşdırılmasına cavabdeh qurum olduğundan, bu təsdiq FSD-nin Avropada istifadəyə verilməsi üçün kritik mərhələ hesab olunur.
“RDW fevral 2026-da milli təsdiqi verməyə razılaşıb. Zəhmət olmasa, bu prosesi dəstəkləmək üçün aşağıdakı link vasitəsilə onlarla əlaqə saxlayın,” – deyə Tesla paylaşımında yazmışdı.
Lakin RDW Tesla ilə tam razılıqda deyil. Qurum rəsmi saytında açıqlama verərək bildirib ki, Tesla həmin tarixdə yalnız FSD Supervised sistemini nümayiş etdirməyi planlaşdırır. “RDW və Tesla fevralda qərar vermək üçün hansı addımların atılmalı olduğunu bilir. Lakin bu qrafikin yerinə yetirilib-yetirilməyəcəyi hələlik məlum deyil. RDW üçün yol təhlükəsizliyi ən prioritet məsələdir,” – deyə qurum qeyd edib. Hazırda FSD Avstraliya, Kanada, Çin, Meksika, Yeni Zelandiya, Puerto Riko və ABŞ-də mövcuddur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Tesla Arizona-da robotaksi xidmətinə başlamaq üçün son icazəni aldı
Tesla Arizona-da robotaksi xidmətinə başlamaq üçün son icazəni aldı
Tesla Arizona ştatından ride-hailing icazəsi alaraq robotaksi xidmətini kommersiya məqsədilə işə salmaq üçün tələb olunan son tənzimləyici mərhələni tamamlayıb.
Elon Musk-ın siyasi aktivliyi Tesla-nı 1 milyon ədəd elektromobil satışından məhrum edib
Elon Musk-ın siyasi aktivliyi Tesla-nı 1 milyon ədəd elektromobil satışından məhrum edib
Üçüncü rübün statistik göstəricilərində Tesla rekord sayda satılmış elektromobillərlə fərqlənib, lakin bu artım müvəqqəti xarakter daşıyıb və əsasən sentyabrda başa çatmış ABŞ-dakı subsidiyalaşdırma proqramı ilə bağlı olub.
Elon Musk üçün 1 trilyon dollar təzminatdan daha çox Tesla üzərindəki nəzarət önəmlidir
Elon Musk üçün 1 trilyon dollar təzminatdan daha çox Tesla üzərindəki nəzarət önəmlidir
Gələn ay Tesla səhmdarları şirkətin baş direktoru Elon Musk üçün hazırlanmış yeni əməkhaqqı kompensasiya planının lehinə və ya əleyhinə səs verəcəklər. Bu planın bütün hədəflərinə nail olunacağı təqdirdə Musk 1 trilyon dollar əldə edəcək və şirkətdəki payını 25%-ə qədər artırmaq imkanı qazanacaq.
Elon Musk robot prdusuna güclü nəzarəti əldə etmək istəyir
Elon Musk robot prdusuna güclü nəzarəti əldə etmək istəyir
Noyabrın birinci yarısında Tesla səhmdarları baş direktorun əməyinə görə yeni onillik kompensasiya planının təsdiqi üçün səs verəcəklər. Elon Musk gözlənilmədən bu vəzifədə uzunmüddətli qalmasının lehinə arqument kimi “robot ordusu üzərində güclü nəzarətin qorunması zərurətini” göstərib.
Elon Musk, Tesla Optimus robotları vasitəsilə dünyadakı yoxsulluğu aradan qaldırmaq istəyir
Elon Musk, Tesla Optimus robotları vasitəsilə dünyadakı yoxsulluğu aradan qaldırmaq istəyir
Tesla şirkətinin baş direktoru Elon Musk-ın rüblük hesabat tədbirindəki çıxışı əsasən Optimus adlı insanabənzər robotlar və Cybercab robotaksi kimi gələcək biznes istiqamətlərinin müzakirəsinə həsr olunub.
Həftənin xəbərləri