
Xiaomi hibrid SUV üzərində çalışır
Nəqliyyat
10.07.2025
Emil Nəcəfov
SU7 sedanının uğurlu təqdimatından və yeni YU7 krossoverinə olan yüksək tələbatdan sonra, Xiaomi üçüncü avtomobil modelini hazırlayır - bu dəfə tam elektrikli olmayan bir versiya. Çin sosial şəbəkələrində YU9 kod adı ilə tanınan modelin ilk casus fotoları yayılıb. Yerli KİV-in məlumatına görə, YU9 tamölçülü SUV olacaq və "range-extender" tipli güc qurğusu ilə təchiz ediləcək. Avtomobili hərəkətə gətirəcək iki elektrikli mühərrik olacaq, generator rolunu isə 1.5 litrlik benzinli turbo mühərrik yerinə yetirəcək.

İlkin qiymətləndirmələrə əsasən, avtomobilin ümumi gücü təxminən 400 at gücünə çatacaq. Yalnız elektriklə işləyən rejimdə təxminən 200 km məsafə qət etmək mümkün olacaq, ümumi yürüş məsafəsi isə 1500 km-ə qədər ola bilər. Gözlənilir ki, bu model də SU7 kimi 800 voltluq elektrik arxitekturasına malik olacaq və bu da yüksək sürətli şarj imkanını təmin edəcək. YU9 modeli YU7-dən nəzərəçarpacaq dərəcədə böyük və daha bucaqlı olacaq, klassik iri off-road avtomobili siluetinə sahib olacaq.

Hazırda xüsusi örtük dizayn detallarını gizlədir, lakin ehtimal edilir ki, avtomobilin görünüşündə brendin tanınan üslub elementləri - SU7 və YU7-də olduğu kimi LED arxa fənərlər və kəskin konturlu ön faralar - qorunacaq. Qeyri-rəsmi məlumatlara əsasən, 6 və 7 nəfərlik versiyaların hazırlanması planlaşdırılır. Yeni model həm YU7, həm də SU7-dən yuxarı seqmentdə yerləşdiriləcək. İlkin məlumatlara görə, start qiyməti təxminən 360 000 yuan (təxminən 50 000$) olacaq, ən yüksək komplektasiyalı versiyaların qiyməti isə 500 000 yuana (təxminən 70 000$-a) qədər yüksələ bilər. Xiaomi hələlik YU9-un təqdimat tarixini rəsmi olaraq açıqlamayıb.

Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Büdcəli REDMI 15C-nin render fotosu ortaya çıxıb

Büdcəli REDMI 15C-nin render fotosu ortaya çıxıb
Xiaomi-nin REDMI brendi yeni büdcəli smartfonunu təqdim etməyə hazırlaşır. Söhbət, REDMI 15C-dən gedir. İndi isə sözügedən smartfonun keyfiyyətli render fotosu ortaya çıxıb.
POCO VƏ REDMI-ni əhatə edən 12 smartfonun rəsmi dəstəyi dayandırılıb

POCO VƏ REDMI-ni əhatə edən 12 smartfonun rəsmi dəstəyi dayandırılıb
Xiaomi şirkəti özünün EoS (End of Support) siyahısına növbəti 12 smartfonunu daxil edib. Qeyd etmək lazımdır ki, bu siyahıya rəsmi dəstəkləri bitmiş cihazlar daxil edilir.
Xiaomi AI Glasses ağıllı eynəyi təqdim edilib - QİYMƏTİ

Xiaomi AI Glasses ağıllı eynəyi təqdim edilib - QİYMƏTİ
Xiaomi şirkəti Ray-Ban Meta-ya cavab olaraq AI Glasses adlı ağıllı eynəyini təqdim edib. Qurğu vizual interfeysə malik deyil və yalnız səsli əmrlərə əsaslanır.
Xiaomi Smart Band 10 ağıllı qolbağı təqdim edilib - QİYMƏTİ

Xiaomi Smart Band 10 ağıllı qolbağı təqdim edilib - QİYMƏTİ
Xiaomi şirkəti Çində Smart Band 10 ağıllı qolbağını təqdim edib. Yeni qolbaq xarici görünüşcə Xiaomi Smart Band 9-dan heç fərqlənmir. Yeni ağıllı qolbaq tanınan oval formalı gövdə dizaynını əldə edib.
Xiaomi Pad 7S Pro flaqman planşeti təqdim edilib - QİYMƏTİ

Xiaomi Pad 7S Pro flaqman planşeti təqdim edilib - QİYMƏTİ
Xiaomi şirkəti öz yeni flaqman planşetini təqdim edib. Söhbət, Xiaomi Pad 7S Pro-dan gedir. Bu yeni planşet böyük ölçülü ekranı, Xiaomi-nin fərdi prosessorunu və böyük həcmli batareyanı əldə edib.
Həftənin xəbərləri

