main-post-cover

    Xiaomi SU7 adlı ilk elektromobilini təqdim edib

    Nəqliyyat
    28.12.2023
    Emil Nəcəfov
         Çində keçirilmiş xüsusi tədbir çərçivəsində Xiaomi şirkətinin CEO-su Lei Jun şirkətin SU7 adlı ilk elektromobilini təqdim edib. Lei Jun bildirib ki, elektromobilin adında olan SU hissəsinin açılışı Speed Ultra-dır. Elektromobil iki versiyada olacaq. adi versiya və Max adlı versiya. Elektromobil EV Modena adlı fərdi arxitekturaya sahibdir. Şirkət sözügedən arxitekturanı sıfırdan hazırlayıb. Bu arxitektura elektromobilə batareyanın rahat inteqrasiyasını mümkün edir, elektromobilin ümumi dözümlülüyünü artırır və onun salonunda maksimal dərəcədə geniş mühiti təmin edir.
         Elektromobilin batareyası Xiaomi tərəfindən iki il ərzində hazırlanıb və bu proses çərçivəsində o, elektromobil batareyalarının hazırlanması sahəsində lider şirkət hesab edilən CATL ilə əməkdaşlıq edib. Xiaomi SU7-nin sahib olduğu batareyanın maksimal həcmi 101 kilovatt saat təşkil edir. Bununla yanaşı elektromobil 800 volt gücündə sürətli şarj texnologiyasını dəstəkləyir. Məlumata əsasən elektromobil 5 dəqiqə şarj olunandan sonra 220 km yol, 15 dəqiqə şarj olunandan sonra isə 510 km yol qətt edə bilir. Elektromobilin adi versiyası ümumilikdə 668 km, Max adlı versiyası isə 800 km yol qətt edə bilir. Xiaomi öz elektromobilində istifadə edilən HyperEngine adlı elektrikli mühərrikin 3 versiyasını hazırlayıb.
    - HyperEngine V6: 299 at gücü, fırlanma anı 400 Nm (Nyuton metr), 400 voltluq gərginlik, mühərrik valının fırlanma tezliyi dəqiqədə 21 000 fırlanma
    - HyperEngineV6s: 374 at gücü, fırlanma anı 500 Nm (Nyuton metr), 800 voltluq gərginlik, mühərrik valının fırlanma tezliyi dəqiqədə 21 000 fırlanma
    - HyperEngine V8s: 578 at gücü, fırlanma anı 635 Nm (Nyuton metr), 800 voltluq gərginlik, mühərrik valının fırlanma tezliyi dəqiqədə 27 200 fırlanma.
         Məlumata əsasən Xiaomi SU7-nin adi versiyası ön çəkim təkərlərinə və 299 at gücünə sahibdir. Adi versiya saatda 100 km sürəti 5.28 saniyəyə yığır. Onun maksimal sürəti isə saatda 210 km təşkil edir. Xiaomi SU7 Max isə özündə iki ədəd elektrikli mühərriki, həm arxa həm də ön çəkim təkərlərini və 673 at gücünü birləşdirir. O, saatda 100 km sürəti 2.78 saniyəyə, saatda 200 km sürəti isə 10.67 saniyəyə yığır. Xiaomi SU7 Max-ın maksimal sürəti saatda 265 km təşkil edir.
         Elektromobilin daxili sistemi Snapdragon 8295 prosessoru və HyperOS əməliyyat sistemi vasitəsilə çalışır. Bununla belə elektromobil işə salınan zaman əməliyyat sistemi cəmi 1.5 saniyəyə yüklənir. Sükanın arxa hissəsindəki məlumatlar paneli rəqəmsaldır və o, 7.1 düym ölçülü ekran şəklində təqdim edilir. Salonun ön hissəsinin mərkəzində isə 3K keyfiyyətli 16.1 düym ölçülü sensorlu ekran yerləşir. Elektromobil üstəlik Dolby Atmos dəstəkli güclü audio sistemə sahibdir. Şirkət Xiaomi SU7-nin nə zaman və hansı qiymətə satışa çıxacağını açıqlamayıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    POCO brendi POCO X6 smartfon seriyasının təqdimatına hazırlaşır
    poco-brendi-poco-x6-smartfon-seriyasinin-teqdimatina-hazirlasir
    Xiaomi 14-ün qlobal versiyasının nə zaman təqdim olunacağı məlum olub
    xiaomi-14-un-qlobal-versiyasinin-ne-zaman-teqdim-olunacagi-melum-olub
    RedmiBook 16 2024 noutbukunun sadələşdirilmiş versiyası təqdim edilib - QİYMƏTİ
    redmibook-16-2024-noutbukunun-sadelesdirilmis-versiyasi-teqdim-edilib-qiymeti
    Redmi Note 14 Pro+ smartfonu barəsində ilk məlumatlar verilib
    redmi-note-14-pro-smartfonu-baresinde-ilk-melumatlar-verilib
    Redmi Note 13 smartfonlarının qlobal versiyaları qutudan HyperOS-i əldə etməyəcəklər
    redmi-note-13-smartfonlarinin-qlobal-versiyalari-qutudan-hyperos-i-elde-etmeyecekler