
1 il ərzində Google Play-dəki tətbiqlərin yarısı silinib
Proqram Təminatı
30.04.2025
Emil Nəcəfov
2024-cü ilin əvvəlindən bu günə qədər Google-un Play Market platformasındakı tətbiqlərin sayı 3.4 milyondan 1.8 milyona düşüb. Bu isə istifadəçilər üçün əlçatan olan tətbiqlərin sayının 47% azaldığı mənasını verir. TechCrunch bunu Appfigures statistikasına istinadən yazır. Google platformasında bu azalma hər hansı qlobal tendensiya ilə bağlı deyil: Əksinə, Apple App Store eyni dövrdə az da olsa artım göstərərək 1.60 milyondan 1.64 milyon mobil proqram təminatına çatıb. Bununla belə, Google-un platformasında baş verən bu dəyişikliklər əslində həm istifadəçilər, həm də vicdanlı tərtibatçılar üçün müsbət nəticələr verib. Belə ki, istifadəçilər fırıldaqçılıq, spam və keyfiyyətsiz tətbiqlərin çoxluğu ilə qarşılaşmaqdan qurtulublar, vicdanla çalışan tərtibatçılar isə axtarış nəticələrində görsənmək uğrunda qeyri-vicdanlı rəqiblərlə mübarizədə daha bərabər imkan əldə ediblər.

Son illər ərzində Google Play platformasında tətbiqlərin keyfiyyətinə dair kifayət qədər sərt olmayan tələblər bazarın aşağı səviyyəli tətbiqlərlə dolmasına səbəb olub. Apple isə hələ də App Store-da tətbiqlərin dərc olunmasından əvvəl ciddi yoxlama tədbirlərini qoruyub saxlayır. Google isə ənənəvi olaraq bu prosesi sürətləndirmək üçün əsasən avtomatlaşdırılmış prosedurlarla və zərərli proqram təminatını müəyyən etmək üçün kodun skan edilməsi ilə kifayətlənirdi. Lakin 2024-cü ilin iyul ayında Google minimal keyfiyyət tələblərini artıracağını elan etdi və bu, Play Market-dəki tətbiqlərin sayına təsir etmiş ola bilər. Hazırda şirkət yalnız nasaz, donan, quraşdırılmayan və ya düzgün işləməyən tətbiqləri deyil, həm də məhdud funksionallıq və məzmuna sahib olan layihələri dərcə buraxmır.

Bu kateqoriyaya sadəcə mətn təqdim edən və ya yalnız PDF fayllarla işləməyi təklif edən statik tətbiqlər daxildir. Həmçinin yalnız divar kağızı təqdim edən və ya çox az məzmuna malik olan tətbiqlər, heç bir funksiyası olmayan, test mərhələsində qalmış və ya tərtibatçılar tərəfindən tərk edilmiş layihələr də bloklanır. Yeni hesablarla tətbiq dərc edən tərtibatçılar üçün ətraflı və məcburi yoxlama prosesi tətbiq olunur. Əgər dələduzluq və ya aldatma sxemlərindən şübhə yaranırsa, prosesə mütəxəssislər də cəlb olunur. 2024-cü ildə şirkət təhdidlərin aşkarlanması üçün süni zəkanı işə salıb, məxfilik siyasətlərini sərtləşdirib və tərtibatçılar üçün alətləri təkmilləşdirib. Nəticədə, platformada 2.36 milyon qaydaları pozan tətbiq dərcə buraxılmayıb və zərərli proqram təminatı yaymağa cəhd edən 158 000-dən çox tərtibatçı hesabı bloklanıb.

Bundan əlavə, Avropa Birliyində tətbiq olunan yeni qaydalar da öz təsirini göstərib. Bu qaydalara əsasən, tərtibatçılar tətbiq təsvirində öz adlarını və ünvanlarını göstərməlidirlər. Bu tələbi pozan layihələr həmin regiondakı istifadəçilər üçün əlçatan olmur. Maraqlıdır ki, Appfigures Play Market-dəki tətbiq sayının azalma tendensiyasını ötən yay təmizləmə prosesi başlamazdan əvvəl müşahidə etdiyini bildirir. Şirkət isə hələ ki, bu halı izah edə bilməyib. Bununla belə, cari ildə platformada 10 400 yeni tətbiq dərc olunub və bu, ötən ilin aprel ayına nisbətən 7.1% artım deməkdir.
Mənbə: Techcrunch
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google Gemini-nin uşaqlar üçün nəzərdə tutulmuş versiyası hazırlanır

Google Gemini-nin uşaqlar üçün nəzərdə tutulmuş versiyası hazırlanır
Google valideynlər tərəfindən Family Link tətbiqi vasitəsilə idarə olunan cihazlara sahib 13 yaşdan kiçik uşaqlar üçün süni zəka köməkçisi Gemini-yə giriş imkanı açmağa hazırlaşır.
Google Android yenilikləri üçün tamamilə ayrıca bir tədbiri anons edib (VİDEO)

Google Android yenilikləri üçün tamamilə ayrıca bir tədbiri anons edib (VİDEO)
Google tamamilə Android mövzusuna həsr olunmuş yeni tədbiri elan edib.
Chrome-un Android versiyası sonunda PDF faylların açılması imkanını əldə edib

Chrome-un Android versiyası sonunda PDF faylların açılması imkanını əldə edib
Google nəhayət ki, Chrome brauzerinin Android üçün nəzərdə tutulmuş versiyasına daxili PDF oxuyucusu əlavə edib. Artıq PDF fayllarını açmaq üçün Google Drive kimi üçüncü tərəf tətbiqlərdən istifadə etməyə ehtiyac qalmayacaq.
SEO keçmişdə qalır: Saytlar süni zəkaya əsasən optimizasiyaya başlayıblar

SEO keçmişdə qalır: Saytlar süni zəkaya əsasən optimizasiyaya başlayıblar
İri şirkətlər və reklam agentlikləri istifadəçilərin məlumatı Google vasitəsilə deyil, ChatGPT, Claude və Gemini kimi çat-botlarla axtardıqları yeni reallığa fəal şəkildə uyğunlaşmağa başlayıblar.
Hal-hazırda istifadəçilər arasında ən məşhur Android versiyasının adı açıqlanıb

Hal-hazırda istifadəçilər arasında ən məşhur Android versiyasının adı açıqlanıb
Google-ın artıq Android 16-nı test etməsinə və Samsung-un Android 15 əsaslı OneUI 7-ni yayımlamağa başlamasına baxmayaraq, istifadəçilərin əksəriyyəti hələ də köhnə Android versiyalarından istifadə edir.
Həftənin xəbərləri

