main-post-cover

    Adobe Firefly-da videoların süni intellekt vasistəsilə səsləndirilməsi mümkün olacaq

    Proqram Təminatı
    30.10.2025
    Emil Nəcəfov
         Adobe səs üzərində işləmək üçün yeni süni intellekt aləti təqdim edib - bu alət videolara mövzuya uyğun fon musiqisi və arxa səs əlavə etməyə imkan verir. Generate Soundtrack Generate Speech adlanan bu funksiyalar yenilənmiş Adobe Firefly tətbiqinə inteqrasiya olunacaq. Generate Soundtrack funksiyası artıq ictimai beta versiyada istifadəyə açıqdır. O, yüklənmiş videonu analiz edərək 5 dəqiqəyədək uzunluğu olan 4 instrumental audio variant yaradır və bunları avtomatik şəkildə video ilə sinxronlaşdırır. İstifadəçilər əvvəlcədən təyin edilmiş musiqi üslublarından - məsələn, lofi, hip-hop, klassik və s. - birini seçə və ya istədikləri əhvalı mətn şəklində yaza bilərlər (məsələn, “sentimental” və ya “aqressiv”). Sistem, həmçinin, videoməzmunun analizinə əsaslanaraq ilkin sorğu təklifi də təqdim edəcək.
         Müəllif hüquqları məsələsinə gəlincə, Firefly modelinin lisenziyalı musiqi məzmunu üzərində təlim keçdiyi üçün şirkət bildirir ki, bu, yaradılan trekləri kommersiya istifadəsi üçün təhlükəsiz edir. Adobe-nin generativ süni intellekt bölməsinin rəhbəri Alexandru Costin izah edib ki, şirkət musiqi və səslərin müəlliflik hüquqlarını sahiblərindən alıb və buna görə müəllif hüquqlarının pozulması ilə bağlı heç bir risk yoxdur. Bu, Adobe-ni Suno Udio kimi rəqiblərindən fərqləndirir - həmin şirkətlər müəllif hüquqları ilə qorunan materiallar üzərində modellərini öyrətdiklərinə görə məhkəmə iddiaları ilə üzləşiblər. Eyni zamanda ictimai beta versiyada Generate Speech funksiyası da istifadəyə verilib - bu alət mətn əsasında səsli danışıq yaratmağa imkan verir.
         Funksiya Adobe Firefly Speech Model və ya ElevenLabs texnologiyası əsasında hazırlanmış 50-dən çox səs variantı təklif edir və 20-dən artıq dili dəstəkləyir. İstifadəçilər danışığın sürətini, ton yüksəkliyini və emosional tonunu tənzimləyə, həmçinin adların və regional xüsusiyyətləri olan sözlərin tələffüzünü fərdi şəkildə düzəldə bilərlər. Bundan əlavə, Adobe Firefly Video Editor adlı veb-redaktor üzərində də işləyir. Bu, çoxqatlı vaxt cədvəli interfeysinə malik video redaktordur və video kliplərin generasiyası, təşkil edilməsi, kəsilməsi və montajı üçün nəzərdə tutulub. Yeni redaktor səsli dublyaj, soundtrack və altyazı yaradılması üçün alətləri bir tətbiqdə birləşdirəcək, üstəlik kadr-kadr redaktə və üslub öncəsi ayarlarını də təqdim edəcək. Bu redaktorun beta versiyasına çıxışı növbəti ay başlayacaq. Erkən giriş əldə etmək istəyən istifadəçilər gözləmə siyahısına qeydiyyatdan keçməlidirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google Gemini foto redaktəsi sahəsində Adobe-un həlləri ilə rəqabət aparır
    google-gemini-foto-redaktesi-sahesinde-adobe-un-helleri-ile-reqabet-aparir
    Adobe Premiere-in iOS versiyası pulsuz şəkildə istifadəyə verilib
    adobe-premiere-in-ios-versiyasi-pulsuz-sekilde-istifadeye-verilib
    Adobe Premiere bu ayın sonunda iPhone üçün pulsuz istifadəyə veriləcək
    adobe-premiere-bu-ayin-sonunda-iphone-ucun-pulsuz-istifadeye-verilecek
    Photoshop-da yeni süni intellekt funksiyaları istifadəyə verilib
    photoshop-da-yeni-suni-intellekt-funksiyalari-istifadeye-verilib
    Adobe generativ süni zəka alətlərinə sahib Firefly tətbiqinin mobil versiyalarını istifadəyə verib
    adobe-generativ-suni-zeka-aletlerine-sahib-firefly-tetbiqinin-mobil-versiyalarini-istifadeye-verib