Samsung-un OneUI 6.1 istifadəçi interfeysini təqdim etməsinə baxmayaraq şirkət köhnə smartfonlarının sistemlərini OneUI 6.0-a kimi yeniləməyə davam edir. Bu dəfə isə növbə Galaxy A72 smartfonuna çatıb. Belə ki, şirkət sözügedən smartfon üçün Android 14 əsaslı OneUI 6.0-ın stabil versiyasını istifadəyə verib. Sözügedən smartfon üçün OneUI 6.0-ın stabil versiyası A725FXXU6EXB3 nömrəsi altında təqdim edilib. Sistem yenilənməsi Galaxy A72-nin Avropadakı bəzi istifadəçiləri üçün artıq aktivləşdirilib və yaxın zamanda digər ölkələrdəki istifadəçilər üçün təqdim ediləcək.