main-post-cover

    Android 16-nın Google daxilində hansı şirniyyatın adını əıldə etdiyi məlum olub

    Proqram Təminatı
    02.10.2024
    Emil Nəcəfov
         Google şirkəti son illərdə hər yeni Android versiyasının adında tanınan şirniyyatların adlarını rəsmi şəkildə artıq istifadə etməsə də, bu praktikanı şirkət daxilində davam etdirir. Belə ki, hər yeni Android versiyasına şirkət daxilində kod adı verilir və verilən kod ad bu və ya digər şirniyyatın adı olur. İndi isə növbəti Android versiyasının şirkət daxilində kod adı məlum olub. Söhbət, gələn il təqdim ediləcək Android 16-dan gedir.
         Beləliklə məlumata əsasən Android 16-nın şirkət daxilindəki kod adı Baklava-dır. Yəni hamımızın bildiyi məşhur paxlava şirniyyatı. Onu da qeyd etmək lazımdır ki, seçilmiş kod adının baş hərfi mövzusunda şirkət yenidən əlifbanın əvvəlinə qayıdıb. Məsələ burasındadır ki, şirkət hər yeni kod adında əlifba sırası üzrə gedirdi. Məsələn Android 15-in şirkət daxilində kod adı Vanilla Ice Cream idi. Növbəti versiya olacaq Android 16-nın kod adı isə məntiqlə W hərfi ilə başlamalı idi. Lakin şirkət bu mövzuda dəyişiklik etmək qərarına gəlib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Orta büdcəli Pixel 9a-nın render fotoları təqdim edilib
    orta-budceli-pixel-9a-nin-render-fotolari-teqdim-edilib
    Google Maps, artıq saxta rəyləri ifşalayacaq!
    google-maps-artiq-saxta-reyleri-ifsalayacaq
    Google Maps-in küçə və peyk şəkilləri daha keyfiyyətli hala gəlir!
    google-maps-in-kuce-ve-peyk-sekilleri-daha-keyfiyyetli-hala-gelir
    Google, süni intellektin hansı peşənin sonunu gətirə bilməyəcəyini açıqlayıb!
    google-suni-intellektin-hansi-pesenin-sonunu-getire-bilmeyeceyini-aciqlayib
    Sosial platformalar düşünüldüyündən daha çox istifadəçi məlumatı yığırlar
    sosial-platformalar-dusunulduyunden-daha-cox-istifadeci-melumati-yigirlar