Google şirkəti bu il Android 16-nı istifadəyə verəcək. Lakin şirkət öz yeni əməliyyat sisteminin final versiyasını istifadəyə evrməmişdən öncə ilk növbədə onun 3 ədəd ictimai beta versiyasını təqdim edəcək. Hal-hazırda Android 16 yalnız tərtibatçılar üçün nəzərdə tutulmuş beta versiya şəklində mövcuddur. Lakin yaxın zamanda bu vəziyyət dəyişəcək. Belə ki, internetdə Android 16-nın 3 ictimai beta versiyasının hansı tarixlərdə istifadəyə veriləcəyi ortaya çıxıb.
Beləliklə tərtibatçılardan birinin vermiş olduğu məlumatda qeyd edilib ki, yeni əməliyyat sisteminin birinci ictimai beta versiyası artıq bugün, ikinci ictimai beta versiyası 19 fevral tarixində, üçüncü ictimai beta versiyası isə 12 mart tarixində istifadəyə veriləcək. Qeyd etmək lazımdır ki, Google daha əvvəllər hər yeni Android-in final versiyasını ilin ikinci yarısında istifadəyə verirdi. Lakin keçən il məlumat ortaya çıxdı ki, Google şirkəti Android 16-nı gözləniləndən daha tez istifadəyə verəcək. Üçüncü ictimai beta versiyanın mart ayında istifadəyə veriləcəyi məlumatını nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, Android 16-nın final versiyası bu ilin birinci yarısı ərzində istifadəyə veriləcək.