main-post-cover

    Android-də batareyanın vəziyyəti funksiyası məhdud sayda smartfonda istifadəyə veriləcək

    Proqram Təminatı
    07.05.2025
    Emil Nəcəfov
         Google, zaman keçdikcə Android smartfonlarının niyə daha tez enerji itirdiyini anlamağa kömək edəcək batareya vəziyyəti göstəricisinin inteqrasiyası üzərində çalışır. Bu funksiya 2018-ci ildə iOS-da təqdim olunmuş xüsusiyyətə bənzəyir, lakin ən çox ehtiyacı olan köhnə Android cihazlarında əlçatan olmayacaq. Bu barədə Google-un bir tərtibatçısına istinad edən internet mənbələri yazır. Onun sözlərinə görə, batareya sağlamlığı göstəricisi yalnız Pixel 8a və daha yeni modellərdə istifadəyə veriləcək.
         Həmçinin o, əlavə edib ki, Google bu funksiyanın əhatə dairəsini genişləndirməyi planlaşdırmır, çünki bu, “yerinə yetirilməsi mümkün olmayan” bir şeydir. Bu açıqlama Android Issue Tracker platformasında Pixel 6Pixel 8 Pro istifadəçilərinin batareya sağlamlığı göstəricisinin əlçatanlığı ilə bağlı sualına cavab olaraq verilib. “Təyinat: düzəldilməyəcək (yerinə yetirilməsi mümkün deyil). Bildirdiyiniz üçün təşəkkür edirik.
         Batareya vəziyyəti göstəricisi funksiyası hazırda Beta 3 versiyasında Pixel 8a Pixel 9 cihazlarında, o cümlədən 9 Pro Fold modelində dəstəklənir. Məhsulun texniki məhdudiyyətləri səbəbindən bu funksiya köhnə Pixel cihazlarında əlçatan olmayacaq” - deyə tərtibatçının açıqlamasında bildirilir. Google bu batareya vəziyyəti göstəricisini Android 16 beta testçiləri arasında mart ayında sınaqdan keçirməyə başlayıb. Lakin bu və ya oxşar funksiyalar üzərində iş 2023-cü ildən bəri aparılır. Hazırda bu funksiyanın niyə yalnız Pixel 8a və Pixel 9 modellərində əlçatan olacağı barədə əlavə məlumat verilməyib.
    Mənbə: The Verge
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google-un iOS tətbiqində Simplify adlı faydalı funksiya istifadəyə verilib
    google-un-ios-tetbiqinde-simplify-adli-faydali-funksiya-istifadeye-verilib
    Yeni qanun Apple-ı kənar tətbiq mağazalarına icazə verməyə məcbur edəcək
    yeni-qanun-apple-i-kenar-tetbiq-magazalarina-icaze-vermeye-mecbur-edecek
    Yenilənmiş Gemini 2.5 Pro Preview süni zəka modeli təqdim edilib
    yenilenmis-gemini-25-pro-preview-suni-zeka-modeli-teqdim-edilib
    Google-un reklam monopoliyasının aradan qaldırılması üçün sərt plan təklif edilib
    google-un-reklam-monopoliyasinin-aradan-qaldirilmasi-ucun-sert-plan-teklif-edilib
    Google-a qarşı antimonopoliya iddiası Firefox-un süqutuna səbəb ola bilər
    google-a-qarsi-antimonopoliya-iddiasi-firefox-un-suqutuna-sebeb-ola-biler