main-post-cover

    Apple bütün əməliyyat sistemlərinin redizaynını hazırlayır

    Proqram Təminatı
    27.05.2025
    Emil Nəcəfov
         Nüfuzlu insayder Mark Gurman dəfələrlə bildirib ki, iOS 19 əməliyyat sistemi Apple-ın mobil platformasında dizayn və interfeys baxımından əhəmiyyətli dəyişikliklər gətirəcək. Böyük dəyişikliklər macOS istifadəçilərini də gözləyir, lakin artıq məlum olub ki, şirkətin planları daha da genişdir. Mark Gurman özünün həftəlik Power On xəbərlər bülleteninin yeni buraxılışında bildirib ki, Apple bütün əməliyyat sistemləri üçün qlobal redizayn üzərində işləyir. Buna tvOS watchOS da daxildir. ABŞ texnologiya nəhəngi istəyir ki, onun bütün ekosistemi iOS 19-la uyğun və müasir, vahid vizual üsluba malik olsun.
         “Redizayn daha da genişlənəcək və Apple-ın bütün əməliyyat sistemlərini əhatə edəcək. Bu o deməkdir ki, tvOS və watchOS iOS 19 və macOS 16 ilə uyğunluq yaratmaq məqsədilə yenidən işlənəcək, visionOS isə yalnız qarışıq reallıq cihazı üçün məna kəsb edəcək hallarda müəyyən düzəlişlər əldə edəcək” - deyə Gurman bildirib. Gurman vurğulayıb ki, iOS 19 interfeys baxımından əslində çox ciddi və kompleks dəyişikliklər təqdim edəcək və bu dəyişikliklər 2013-cü ildə iOS 6-dan iOS 7-yə keçidi belə geridə qoyacaq. Bütün bu yeniliklərin rəsmi təqdimatının iyunun 9-da start götürəcək WWDC 2025 konfransında sərgilənəcəyi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi qlobal ağıllı saat və qolbaqlar bazarında Apple şirkətini geridə qoyub
    xiaomi-qlobal-agilli-saat-ve-qolbaqlar-bazarinda-apple-sirketini-geride-qoyub
    iPhone 17 Pro-nun gövdə dizaynında hansı dəyişikliklər olacaq?
    iphone-17-pro-nun-govde-dizayninda-hansi-deyisiklikler-olacaq
    iPhone istehsalının ABŞ-a köçürülməsi uzun illər çəkə bilər
    iphone-istehsalinin-abs-a-kocurulmesi-uzun-iller-ceke-biler
    Apple, Google, Microsoft və digər servislərin 180 milyon istifadəçisinin məlumatları internetdə yerləşibmiş
    apple-google-microsoft-ve-diger-servislerin-180-milyon-istifadecisinin-melumatlari-internetde-yerlesibmis
    Kameraya sahib Apple Watch layihəsi ləğv edilib
    kameraya-sahib-apple-watch-layihesi-legv-edilib