main-post-cover

    Apple Clips video redaktor tətbiqinin dəstəyini dayandırıb

    Proqram Təminatı
    13.10.2025
    Emil Nəcəfov
         Apple şirkəti 2017-ci ildə istifadəyə verilmiş Clips adlı video montaj tətbiqinin dəstəyini rəsmi olaraq dayandırıb. Əvvəlcə bu tətbiq musiqi, mətn əlavələri və filtrlərlə dinamik qısa videolar yaratmaq üçün rahat bir alət kimi təqdim olunurdu və əsas məqsədi bu videoların sosial şəbəkələrdə paylaşılmasını asanlaşdırmaq idi. Zaman keçdikcə tətbiqin funksionallığı artırıldı - ona artırılmış reallıq (AR) funksiyası və videoların işlənməsi üçün daha inkişaf etmiş alətlər əlavə olundu. Lakin son dövrlərdə yeniləmələr çox nadir hallarda təqdim edilirdi. Məlumata görə, Apple artıq layihəni tamamilə bağlayıb və Clips tətbiqini App Store-dan silib.
         Şirkət texniki dəstək səhifəsində açıq şəkildə bildirib ki, tətbiq artıq inkişaf etdirilməyəcək və 2025-ci il oktyabrın 10-dan etibarən yeni istifadəçilər üçün əlçatan olmayacaq. Eyni zamanda, şirkət qeyd edir ki, artıq tətbiqi quraşdırmış istifadəçilər iOS iPadOS sistemli cihazlarda onu istifadə etməyə davam edə bilərlər. Bununla belə, gələcəkdə əməliyyat sisteminin yeniləmələri Clips tətbiqini işləməz hala sala biləcəyi ehtimalına görə, yaradılmış videoların birbaşa Photos tətbiqinin media kitabxanasında saxlanılması tövsiyə olunur. Dəstək səhifəsində effektlərlə və ya effektsiz videoların necə ixrac ediləcəyinə dair ətraflı təlimat təqdim edilib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple öz sistemlərində ən kritik boşluqları aşkar edənə 5 milyon dollar mükafat verəcək
    apple-oz-sistemlerinde-en-kritik-bosluqlari-askar-edene-5-milyon-dollar-mukafat-verecek
    Apple süni intellekti pirat kitablar vasitəsilə təlimatlandırdığı üçün məhkəməyə verilib
    apple-suni-intellekti-pirat-kitablar-vasitesile-telimatlandirdigi-ucun-mehkemeye-verilib
    Apple yeni reklam çarxında Windows-un “mavi ölüm ekranı”nı ələ salıb (VİDEO)
    apple-yeni-reklam-carxinda-windows-un-mavi-olum-ekranini-ele-salib-video
    Fransada Apple istifadəçilərinin Siri üzərindən dinlənilməsi barəsində istintaqa start verilib
    fransada-apple-istifadecilerinin-siri-uzerinden-dinlenilmesi-baresinde-istintaqa-start-verilib
    Tim Cook yaxın gələcəkdə Apple-ın CEO vəzifəsindən ayrılmağa hazırlaşır: Onu kim əvəz edəcək?
    tim-cook-yaxin-gelecekde-apple-in-ceo-vezifesinden-ayrilmaga-hazirlasir-onu-kim-evez-edecek