main-post-cover

    Apple və Google mobil brauzerlərin inkişaflarına mane olurlar

    Proqram Təminatı
    13.03.2025
    Emil Nəcəfov
         Böyük Britaniyanın mobil brauzer bazarı istehlakçılar və biznes üçün effektiv işləmir - belə nəticəyə Böyük Britaniyanın Rəqabət və Bazarlar İdarəsi (CMA) gəlib. CMA-nın araşdırmasına görə, bu problemin əsas səbəbkarları AppleGoogle-dur. Müstəqil ekspert qrupu Böyük Britaniyanın mobil brauzer bazarını tədqiq edib və müəyyən edib ki, Apple iOS, Safari WebKit siyasətini elə qurur ki, bu, üçüncü tərəf brauzer tərtibatçıları üçün rəqabəti çətinləşdirir. Bu maneələr nəticəsində bazarın inkişafı ləngiyir. Ekspertlər həmçinin Google-un Android mobil ekosisteminin də rəqiblər üçün müəyyən çətinliklər yaratdığını bildirirlər, lakin bu təsir Apple-dan daha azdır.
         Apple tələb edir ki, iOS üçün bütün brauzerlər yalnız onun hazırladığı WebKit mühərrikindən istifadə etsin. Bununla yanaşı Safari-nin alternativ brauzerlərlə müqayisədə əlavə funksiyalara üstün giriş imkanı var. Safari-nin iOS-də standart brauzer kimi təyin olunması istifadəçilərin digər brauzerlər haqqında məlumatlılığını azaldır. Bənzər vəziyyət Google Chrome ilə də müşahidə olunur. Chrome əksər Android cihazlarında standart brauzer kimi quraşdırılır, bu da bazardakı rəqabətə təsir göstərir. Apple və Google, istifadəçilər üçün alternativ brauzerlərə keçidi asanlaşdırmaq üçün bəzi addımlar atıblar.
         Bu dəyişikliklər, ötən ilin noyabrında ilkin araşdırma nəticələri açıqlandıqdan sonra edilib. Araşdırma həmçinin göstərib ki, Google-un, Apple-a öz axtarış sistemini iPhone-da standart olaraq quraşdırmaq üçün ödədiyi vəsaitlər bazardakı rəqabət üçün maliyyə stimullarını əhəmiyyətli dərəcədə azaldır. Böyük Britaniyanın Rəqabət və Bazarlar İdarəsinin müəyyən etdiyi faktlara əsasən, mobil brauzer bazarında rəqabət mühitini yaxşılaşdırmaq üçün bir sıra tədbirlər təklif edib. Bu tədbirlər çərçivəsində Apple iOS-də üçüncü tərəf tərtibatçılarına alternativ brauzer mühərriklərindən istifadə etməyə imkan verməlidir. Apple və Google, istifadəçilərə cihazın ilkin qurulması zamanı brauzer seçimi ekranını təqdim etməlidirlər.
         Hər iki şirkət, reklam gəlirlərindən əldə edilən vəsaitlərin ödənilməsinə dair razılaşmanı ləğv etməlidir. Hazırda bu təkliflərin heç biri hüquqi qüvvəyə malik deyil, lakin yaxın aylarda vəziyyət dəyişə bilər. Yanvar ayında CMA həmçinin Apple və Google-un mobil ekosistemləri ilə bağlı araşdırmalara başlayıb. Məqsəd onların “Rəqəmsal bazarlar, rəqabət və istehlakçılar haqqında qanun”a (DMCC) uyğun olaraq strateji bazar statusu (SMS) almalı olub-olmadığını müəyyən etməkdir. Bu qanun Avropa Birliyinin "Rəqəmsal Bazarlar Aktı"na (DMA) bənzəyir və Böyük Britaniya hakimiyyətinə bazarda “əhəmiyyətli və möhkəmlənmiş gücə” malik şirkətlərə qarşı daha sərt antiinhisar tələbləri irəli sürmək hüququ verir.
         Bu çərçivədə müəyyən şirkətlərə anti-rəqabət tədbirlərinin qarşısını almaq üçün konkret addımlar atmaq barədə göstəriş verilə bilər. DMCC qaydalarının pozulması şirkətə illik dövriyyəsinin 10%-i həcmində cərimə ilə nəticələnə bilər. "Aparılan dərin araşdırmanın nəticələrinə əsasən, müxtəlif mobil brauzerlər arasındakı rəqabətin səmərəli işləmədiyi qənaətinə gəldik. Bu isə Böyük Britaniyada innovasiyaların inkişafını ləngidir. CMA-nın Apple və Google-un mobil ekosistemlərinin bazar statusu ilə bağlı strateji araşdırmalar aparmaq üçün atdığı operativ addımları alqışlayıram. Bu gün təqdim etdiyimiz geniş analiz, bu araşdırmaların irəliləməsinə kömək edəcək" - Böyük Britaniyanın Rəqabət və Bazarlar İdarəsinin (CMA) müstəqil ekspert qrupunun sədri Margot Daly bildirib.
    Mənbə: The Verge
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google Pixel 10 Pro-nun ilk render fotoları təqdim edilib
    google-pixel-10-pro-nun-ilk-render-fotolari-teqdim-edilib
    Google uzun fasilədən sonra yeni smart eynəyini hazırlamağa yaxındır
    google-uzun-fasileden-sonra-yeni-smart-eyneyini-hazirlamaga-yaxindir
    Google Pixel 10-un ilk render fotoları təqdim edilib
    google-pixel-10-un-ilk-render-fotolari-teqdim-edilib
    Apple bu il öz əməliyyat sistemlərində irimiqyaslı dizayn dəyişikliyini reallaşdıracaq
    apple-bu-il-oz-emeliyyat-sistemlerinde-irimiqyasli-dizayn-deyisikliyini-reallasdiracaq
    Apple ağıllı eynək hazırlamaq cəhdindən imtina etməyib
    apple-agilli-eynek-hazirlamaq-cehdinden-imtina-etmeyib