Microsoft şirkəti Windows-un süni zəka funksiyalarının əksəriyyətini eksklüziv olaraq Copilot+ dəstəkli koimpüterlərdə istifadəyə verir. Lakin şirkət bu qaydada bəzi istisnalar edib. Belə ki, Windows 11 istifadəçiləri Paint üçün nəzərdə tutulmuş iki süni zəka funksiyasını tamamilə pulsuz əldə ediblər. Sözügedən funksiyalar hətta neyron çipə sahib olmayan kompüterlərdə də işə düşə bilirlər. Məlumatda qeyd edilib ki, Paint tətbiqinin interfeysində iki yeni funksiya ortaya çıxıb. Birinci funksiya Generative erase, ikinci funksiya isə Remove background adlanır. Birinci funksiya bu və ya digər fotoda əks olunmuş hansısa obyekti aradan qaldırmağa, ikinci funksiya isə hansısa fotoda əks olunmuş obyektin fonunu tamamilə aradan qaldırmağa imkan verir. Qeyd etmək lazımdır ki, Paint üçün nəzərdə tutulmuş bütün süni zəka funksiyaları daha öncə yalnız eksklüziv olaraq Snapdragon X prosessorlu kompüterlərdə aktiv idilər.