main-post-cover

    ChatGPT-nin həftəlik aktiv istifadəçi kütləsi 1 milyarda çatıb

    Proqram Təminatı
    15.04.2025
    Emil Nəcəfov
         ChatGPT istifadəçilərinin həftəlik aktiv sayı demək olar ki, 1 milyarda çatıb. Bu artım mart ayında təqdim olunmuş şəkil generasiya funksiyasının yenilənməsi ilə üst-üstə düşüb və süni zəka xidmətinə marağın kəskin şəkildə yüksəlməsinə səbəb olub. Ötən ay ChatGPT oyunlar istisna olmaqla, dünyanın ən çox yüklənmiş tətbiqi olub və ümumi yüklənmə sayı 46 milyona çatıb. TED konfransının səhnəsində keçirilən söhbət zamanı tədbirin kuratoru Chris Anderson OpenAI-nin baş direktoru Sam Altman-a ChatGPT-nin istifadəçi sayı ilə bağlı sual ünvanlayıb. Altman bildirib ki, son açıqlanan rəqəm həftəlik 500 milyon aktiv istifadəçidir və əlavə edib ki, auditoriya sürətlə artmaqda davam edir.
         Anderson qeyd edib ki, şəxsi söhbət zamanı Altman bir neçə həftə ərzində auditoriyanın 2 dəfə artmasından bəhs etmişdi. Altman bu fikri təkzib etməyib. Altman həmçinin bildirib ki, Yer əhalisinin təxminən 10%-i ChatGPT-dən istifadə edir. Bu da hazırda Yer üzündə 8 milyarddan çox insanın yaşadığını nəzərə alsaq, təxminən 800 milyon istifadəçi deməkdir. 30 noyabr 2022-ci il tarixində GPT-3.5 modelinə əsaslanmış ChatGPT-nin pulsuz tədqiqat versiyası istifadəyə verildikdən sonra cəmi 2 ay ərzində 100 milyon istifadəçiyə çatıb və bu onu tarixdə ən sürətlə yayılan tətbiqə çevirib.
         Müqayisə üçün qeyd etmək lazımdır ki, TikTok bu göstəriciyə 9 aya, Instagram isə 2 il yarıma çatmışdı. 2024-cü ilin avqustuna qədər ChatGPT-nin həftəlik aktiv istifadəçi sayı 200 milyona yüksəlib. Daha sonra baş verən kəskin artım isə 25 mart tarixində həyata keçirilmiş yeniləmə ilə bağlı olub - bu yeniləmə şəkil generasiya imkanlarını əhəmiyyətli dərəcədə təkmilləşdirib. Bu yeniləmədən sonra sosial şəbəkələri müxtəlif bədii üslublarda, xüsusilə Yaponiyanın Ghibli animasiya studiyasına bənzər tərzdə hazırlanmış şəkil və videolar bürüyüb. Altman qeyd edib ki, tələbat o qədər yüksək olub ki, şirkətin qrafik prosessorları sözün əsl mənasında “əriməyə” başlayıb.
         OpenAI üçün sevindirici hal isə bu olub ki, yeniləmədən sonra cəmi 1 saat ərzində ChatGPT-yə 1 milyon yeni istifadəçi qoşulub. Analitik platforma Appfigures-in məlumatına görə, mart ayında ChatGPT dünyada ən çox yüklənən qeyri-oyun tətbiqi olub. Onun yüklənmə sayı fevral ayı ilə müqayisədə 28% artaraq 46 milyona çatıb. Bu böyük uğura yalnız şəkil generasiya funksiyasının təkmilləşdirilməsi deyil, eyni zamanda xidmətdə bəzi məhdudiyyətlərin aradan qaldırılması da səbəb olmuş ola bilər.
    Mənbə: Techspot
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OpenAI GPT-4.1 süni zəka modelini təqdim edib
    openai-gpt-41-suni-zeka-modelini-teqdim-edib
    ChatGPT təkmilləşdirilmiş spam botun yaradılmasında istifadə edilib
    chatgpt-tekmillesdirilmis-spam-botun-yaradilmasinda-istifade-edilib
    ChatGPT dünyanın ən çox yüklənən tətbiqinə çevrilib
    chatgpt-dunyanin-en-cox-yuklenen-tetbiqine-cevrilib
    ChatGPT tətbiqini iPhone 3GS-də işə salmaq mümkün olub
    chatgpt-tetbiqini-iphone-3gs-de-ise-salmaq-mumkun-olub
    ChatGPT-nin yaddaş funksiyası təkmilləşdirilib
    chatgpt-nin-yaddas-funksiyasi-tekmillesdirilib