ChatGPT tətbiqinin gündəlik aktiv istifadəçi sayının artım tempi yavaşlayıb
Proqram Təminatı
20.10.2025
Emil Nəcəfov
     Mobil tətbiqlər haqqında məlumatlarda ixtisaslaşan analitik şirkət Apptopia, ChatGPT mobil tətbiqinin yüklənmə sayında və gündəlik aktiv istifadəçi sayında (DAU) artımın yavaşladığını bildirib. Şirkətin qiymətləndirməsinə görə, yeni qlobal yükləmələrin artım tempi apreldən sonra azalmağa başlayıb, ilkin məlumata əsasən isə oktyabr ayında əvvəlki ayla müqayisədə 8.1% azalma gözlənilir. Söhbət, yüklənmələrin ümumi azalmasından deyil, artım tempinin zəifləməsindən gedir: tətbiq hələ də hər gün dünyanın müxtəlif yerlərindən milyonlarla istifadəçi tərəfindən yüklənir. Lakin artımın dayanması, auditoriyanın ümumi genişlənmə sürətinin zəiflədiyinə işarə edə bilər. Mümkün səbəblər arasında rəqabətin güclənməsi və ChatGPT süni intellekt modellərinin parametrlərində baş verən dəyişikliklər göstərilir.
     Statistika göstərir ki, məsələn, ABŞ-da bir gündəlik aktiv istifadəçi tərəfindən tətbiqdə sərf olunan orta vaxt iyul ayından etibarən 22.5% azalıb, bir gündəlik aktiv istifadəçi üçün orta sessiya sayı isə 20.7% azalıb. Bu da onu göstərir ki, amerikalı istifadəçilər tətbiqi daha az işə salmağa başlayıblar. Bununla belə, ABŞ-da istifadəçi itkisi azalıb və sabitləşib, bu isə o demək ola bilər ki, artıq daimi istifadəçilərdən ibarət bir əsas auditoriya formalaşıb, qısamüddətli ziyarətçilər isə platformanı tərk ediblər. Apptopia-nın məlumatına görə, bu dinamikanın formalaşmasına həm xarici, həm də daxili amillər təsir edib. Xüsusilə, yaz aylarında süni intellekt modelinin daha az itaətkar olması məqsədilə yeniləmə təqdim edilmişdi, avqustda isə istifadəçilər tərəfindən daha az “insanabənzər” kimi qiymətləndirilən GPT-5 versiyası çıxmışdı.
     Bundan əlavə, Google Gemini tərəfindən rəqabət də güclənib - xüsusilə sentyabrda Nano Banana adlı yeni şəkil generasiya modeli təqdim edildikdən sonra, bu yenilik Gemini-nin məşhurluğunu kəskin şəkildə artırıb. Bu arada analitiklər qeyd edirlər ki, ChatGPT ilə bağlı əsas göstəricilərin azalması Gemini-nin məşhurluğunun artmasından hələ əvvəl başlamışdı. Bundan əlavə, həm tətbiqdə sərf olunan vaxtın, həm də sessiyaların sayının eyni vaxtda azalması, istifadəçilərin sadəcə sorğuları daha səmərəli formalaşdırmağa başladıqları fikrini istisna edir. Ən ehtimal olunan səbəb kimi təcrübi istifadə mərhələsinin başa çatması göstərilir. Yəni tətbiq artıq maraq xatirinə deyil, zərurət yarandıqca istifadə edilən gündəlik funksional alətə çevrilib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
OpenAI-dan Sora 2-də video tərtibatı zamanı manqa və anime ilə bağlı müəllif hüquqlarının qorunması tələb edilib
OpenAI-dan Sora 2-də video tərtibatı zamanı manqa və anime ilə bağlı müəllif hüquqlarının qorunması tələb edilib
OpenAI şirkəti bir müddət əvvəl mətn sorğusu əsasında süni intellektlə video yaradan xidməti - Sora-nın yenilənmiş versiyası olan Sora 2-ni təqdim etdi. Bu cür alətlərə maraq həm ictimaiyyət, həm də müəllif hüquqları sahibləri tərəfindən artıb.
Amerikalı general öz işində aktiv şəkildə ChatGPT-dən istifadə edir
Amerikalı general öz işində aktiv şəkildə ChatGPT-dən istifadə edir
Gündəlik həyatda bir çox ChatGPT istifadəçisi çat-botdan elektron məktublar hazırlamaq, mürəkkəb suallara cavab vermək və ya realist təsvirlər yaratmaq üçün istifadə edir.
OpenAI əvəzində heç bir şey təklif etmədən 1 trilyon dollarlıq maliyyələşdirməni necə axtarır?
OpenAI əvəzində heç bir şey təklif etmədən 1 trilyon dollarlıq maliyyələşdirməni necə axtarır?
OpenAI startapının fenomeni - artıq süni intellektin hesablama infrastrukturunun inkişafı üçün 1 trilyon dollardan çox vəsait cəlb etməyi planlaşdıran bir şirkətin - investorlar baxımından əsasən təminatsız kapital toplamasındadır.
OpenAI tərkibində süni intellektin istifadəçi psxologiyasına təsiri üzrə xüsusi şura yaradılıb
OpenAI tərkibində süni intellektin istifadəçi psxologiyasına təsiri üzrə xüsusi şura yaradılıb
Süni intellekt əsaslı çat-botların, o cümlədən ChatGPT-nin müəyyən hallarda psixoloji cəhətdən həssas istifadəçilərə mənəvi zərər vura bilməsi məlum olduqdan sonra, OpenAI öz xidmətlərinin təhlükəsizliyini artırmaq məsələsini ciddi şəkildə gündəmə gətirdi.
ChatGPT istifadəçilərlə həssas, o cümlədən intim mövzularda söhbətlər apara biləcək
ChatGPT istifadəçilərlə həssas, o cümlədən intim mövzularda söhbətlər apara biləcək
OpenAI tezliklə yaşını təsdiqləmiş yetkin ChatGPT istifadəçilərinə süni intellekt əsaslı çat-botla məzmunu həssas xarakter daşıyan yazışmalar aparmağa icazə verəcək. Bu barədə şirkətin rəhbəri Sam Altman məlumat verib.
Həftənin xəbərləri