Chrome brauzerinin mobil versiyası yeni konfidensiallıq ayarını əldə edəcək
Proqram Təminatı
17.01.2024
Emil Nəcəfov
Google tərtibatçıları Android istifadəçilərinin məlumatlarının konfidensiallıq səviyyələrini yüksəltməyə davam edirlər. Yaxın zamanda Chrome brauzerinin mobil versiyasında əlavə ayarlar istifadəyə veriləcək və onlar hər bir sayt üçün istifadəçi tərəfindən təqdim edilən icazələrin idarəsini əhatə edəcəklər. Chrome brauzerinin Android üçün nəzərdə tutulmuş test versiyasında saytlara istifadəçi məlumatlarının əldə edilməsi mövzusunda bir dəfəlik icazənin təqdim edilməsi imkanı aşkar edilib. Bu funksiya Chrome brauzerinin desktop versiyasındakı analoqu kimi çalışacaq.
Bu və ya digər saytın sözügedən mövzuda sorğusu smartfon ekranında əks olunacaq. Bu halda istifadəçi 3 variantdan birini seçə biləcək. “Allow this time”, “Allow on every visit” və “Don’t allow”. Birinci variant çərçivəsində istifadəçi məlumatları sayta istifadəçinin real zaman ərzində saytda olduğu müddətdə ötürüləcək. İkinci variant çərçivəsində məlumatlar istifadəçinin daimi şəkildə sayta daxil olduğu zaman ötürüləcək. Üçüncü variant çərçivəsində isə məlumatlar ümumiyyətlə ötürülməyəcək. Hal hazırda mobil Chrome üçün nəzərdə tutulmuş bu funksiya test mərhələsindədir və onun brauzerin stabil versiyasına nə zaman əlavə ediləcəyi bilinmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Android 15-ə 2012-ci ilkin funksiyası geri qaytarıla bilər
Android 15-ə 2012-ci ilkin funksiyası geri qaytarıla bilər
Android Authority saytı Android 15-də reallaşdırıla biləcək yeni funksiya barəsində məlumat verib.
Yaxın zamanda Google Assistant-ın 17 funksiyası deaktiv ediləcək
Yaxın zamanda Google Assistant-ın 17 funksiyası deaktiv ediləcək
Google şirkəti öz texniki dəstək xidmətinin saytında elan edib ki, o, yaxın zamanda Google Assistant səsli köməkçisinin 17 funksiyasını deaktiv edəcək.
Google Bard çat-botunun təkmilləşdirilmiş versiyası hazırlanır
Google Bard çat-botunun təkmilləşdirilmiş versiyası hazırlanır
Verilmiş məlumata əsasən Google şirkəti özünün Bard adlı süni zəka əsaslı çat-botunun təkmilləşdirilmiş versiyası üzərində çalışır.
Google 5 milyard dollarlıq məhkəmə iddiasının sülh yolu ilə həll olunmasına razılıq verib
Google 5 milyard dollarlıq məhkəmə iddiasının sülh yolu ilə həll olunmasına razılıq verib
2020-ci ildə müəyyən sayda istifadəçi Google şirkətinə qarşı məhkəmə iddiası qaldırmışdı.
Google satış şöbəsindəki işçilərini süni zəka ilə əvəzləməyi planlaşdırır
Google satış şöbəsindəki işçilərini süni zəka ilə əvəzləməyi planlaşdırır
İnsayderlərin vermiş olduqları məlumata əsasən Google şirkəti öz satış şöbəsinin əməkdaşlarının bir hissəsini işdən azad etməyi nəzərdən keçirir.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ