Chrome istifadəçinin əhəmiyyət vermədiyi veb-saytlardan olan bildirişləri bloklayacaq
Proqram Təminatı
13.10.2025
Emil Nəcəfov
     Google şirkətinin tərtibatçıları Android və kompüterlər üçün nəzərdə tutulan öz brend brauzeri Chrome-a yeni funksiya əlavə ediblər. Söhbət, istifadəçinin uzun müddət əhəmiyyət vermədiyi veb-saytlardan gələn bildirişlərin avtomatik olaraq söndürülməsindən gedir. Bundan əvvəl Google-un brauzer təhlükəsizliyi yoxlama funksiyası kamera və cihazın yer məlumatlarına giriş icazəsi istənildikdə oxşar tədbirlər görməyi öyrənmişdi. Yeni funksiya Android sistemində artıq mövcud olan və Chrome istifadəçilərinə yalnız bir toxunuşla veb-saytlardan gələn bildirişləri bloklamağa imkan verən alət əsasında qurulub. Bu funksiya cihazda quraşdırılmış veb-tətbiqlərdən gələn bildirişləri bloklamır. Avtomatik rejimdə bildirişlərin göndərilməsi yalnız istifadəçinin nadir hallarda qarşılıqlı əlaqədə olduğu saytlardan məhdudlaşdırılır.
     Google-un məlumatına görə, hazırda veb-saytlardan göndərilən bütün bildirişlərin 1%-dən də azı istifadəçilərin hər hansı bir qarşılıqlı reaksiyasına səbəb olur. Bu səbəbdən tərtibatçılar veb-saytlarla işləyərkən görünən pop-up pəncərələrin sayını azaltmaq qərarına gəliblər. “Biz artıq bu funksiyanı sınaqdan keçirmişik. Test nəticələrimiz göstərir ki, bildirişlərin çoxluğu əhəmiyyətli dərəcədə azalıb, lakin ümumi klik sayı demək olar ki, dəyişməyib. Təcrübələrimiz həmçinin göstərdi ki, daha az bildiriş göndərən saytlar daha çox klik qeydə alıblar” - deyə Google-un məlumatında bildirilir. Chrome istifadəçiləri veb-saytlardan gələn bildirişlərin bloklanması funksiyasını tamamilə söndürə və ya elə quraşdıra bilərlər ki, bildirişlər yalnız müəyyən resurslardan gəlsin. Bu funksiyanın Chrome-un sabit versiyalarında nə vaxt istifadəyə veriləcəyi isə hələ məlum deyil.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google Gemini 2.5-in brauzerdə müxtəlif əməliyyatları yerinə yetirən Computer Use funksiyasını təqdim edib (VİDEO)
Google Gemini 2.5-in brauzerdə müxtəlif əməliyyatları yerinə yetirən Computer Use funksiyasını təqdim edib (VİDEO)
Google şirkəti insan davranışını təqlid edərək brauzer vasitəsilə veb-saytlarla qarşılıqlı əlaqə qura bilən Computer Use funksiyasına malik yeni Gemini 2.5 süni intellekt modelinin ilkin versiyasını təqdim edib.
Google Gemini-ni sındıra bilənə 20 000$ ödəməyə hazırdır
Google Gemini-ni sındıra bilənə 20 000$ ödəməyə hazırdır
Google özünün boşluqlara görə mükafat proqramı çərçivəsində süni intellekt əsaslı çat-botunun ciddi şəkildə sındırılması üçün 20 000$-a qədər mükafat ödəməyə hazır olduğunu bəyan edib.
Google proqram təminatında boşluqları aradan qaldıran CodeMender adlı süni intellekt agentini təqdim edib
Google proqram təminatında boşluqları aradan qaldıran CodeMender adlı süni intellekt agentini təqdim edib
Google DeepMind laboratoriyası süni intellekt əsaslı CodeMender agentinin fəaliyyət nəticələrini açıqlayıb. Bu agent proqram təminatında gələcək istismar boşluqlarının qarşısını almaq məqsədilə kodlardakı zəiflikləri müstəqil şəkildə aşkar edə, düzəldə və yenidən yaza bilir.
Google Android üçün "pilotsuz idarə" funksiyasını hazırlayır
Google Android üçün "pilotsuz idarə" funksiyasını hazırlayır
Android Authority saytının məlumatına görə, Google Android üçün Computer Control adlı yeni bir funksiya hazırlayır. Bu funksiya süni intellektə və etibarlı tətbiqlərə cihazdakı digər tətbiqləri idarə etmək imkanı verəcək.
Google-un reklam biznesinin məcburi ayrılması internetdəki reklam sahəsini çökdürə bilər
Google-un reklam biznesinin məcburi ayrılması internetdəki reklam sahəsini çökdürə bilər
ABŞ Ədliyyə Nazirliyinin müraciəti əsasında Google şirkətinin onlayn reklam bazarında rəqabəti bərpa etmək üçün AdX birjasını satmağa məcbur edilməsini tələb edən antiinhisar iddiası üzrə Virciniya ştatının Şərqi dairə federal məhkəməsində dinləmələr keçirilir.
Həftənin xəbərləri