
Foto və video generatoru olan Grok Imagine istifadəyə verilib
Proqram Təminatı
05.08.2025
Emil Nəcəfov
Elon Musk-ın xAI şirkəti rəsmi olaraq Grok Imagine adlı şəkil və video generatorunu təqdim edib. Bu xidmət SuperGrok və Premium+ tarif planlarının abunəçiləri üçün əlçatandır. Musk-ın vəd etdiyi kimi - Grok-u senzurasız süni intellekt kimi təqdim edən - Grok Imagine istifadəçilərə internetdə adətən NSFW (iş mühiti üçün təhlükəli/qeyri-uyğun) kimi işarələnən kontent yaratmağa imkan verir. Grok Imagine mətn və ya qrafik sorğuları 15 saniyəlik, orijinal səslə müşayiət olunan videolara çevirir və istifadəçilərə seksual məzmun, o cümlədən qismən çılpaqlıq yaratmağa imkan verən “pikant rejim” təklif edir. Belə videolardan birinin nümunəsini Elon Musk özünün X hesabında paylaşıb. Jurnalistlər bildiriblər ki, onlar (jurnalistika naminə, əlbəttə!) bir sıra “pikant” sorğuları yoxlayıblar və nəticədə bəzi hallarda bulanıq, moderasiya olunmuş görüntülər alıblar. Lakin yarıçılpaq bədənlərin əks olunduqları bəzi şəkilləri əldə etməyə nail olublar.
NSFW kontent xAI üçün təəccüblü deyil. Lakin necə ki, Grok-un nəzarətsiz təbiəti əvvəlcə əyləncəli görünürdü, amma daha sonra təhqiramiz, antisemit və qadınlara qarşı nifrət dolu məzmun yaymağa başlayanda bu təhlükəli hal aldı, eləcə də Grok Imagine-in istifadəyə verilməsi müəyyən gözlənilməz nəticələrə yol aça bilər. Bununla belə, Grok Imagine-də ciddi məhdudiyyətlər nəzərdə tutulub, xüsusilə də bu modelin məşhurların görüntüləri ilə kontent yaratmağa imkan verdiyi nəzərə alınaraq. Məsələn, jurnalistlərin hamilə Donald Trump-ın şəklini yaratmaq cəhdləri uğursuz olub - Grok Imagine ya Trump-ı qucağında körpə ilə, ya da hamilə qadının yanında göstərən təsvirlər yaradıb. Grok Imagine, Google DeepMind, OpenAI, Runway və Çin neyroşəbəkələri kimi rəqiblərlə rəqabət aparmağa çalışır, lakin hələ inkişafının ilkin mərhələsindədir.
Test iştirakçılarının rəylərinə görə, onun yaratdığı insan şəkilləri və videoları tez-tez cizgi filmi üslubunda görünür, xüsusilə də dəri toxumasının qeyri-təbii olması səbəbilə. Buna baxmayaraq, generator təsirli görünür: görüntülər bir neçə saniyə ərzində yaradılır və səhifəni aşağı sürüşdürdükcə avtomatik olaraq formalaşmağa davam edir. Daha sonra bu görüntüləri stilizə olunmuş videolara çevirmək mümkündür. İstifadəçi interfeysi rahat və intuitiv şəkildə başa düşüləndir. Musk bir müddət əvvəl Baby Grok adlı yeni bir layihə üzərində işlədiyini açıqlayıb - bu, uşaq kontenti ilə işləməyə uyğunlaşdırılmış bir çat-bot olacaq. Grok-un “böyüklər üçün” versiyasının qalmaqallı inkişafını nəzərə alsaq, bu cür istiqamətdə genişlənmə olduqca riskli görünür. Lakin auditoriya baxımından yanaşdıqda bu addım özünü doğrulda bilər. Baby Grok-un məşhurluğu xAI üçün əlavə gəlir mənbəyinə, valideynlər üçün isə yeni bir xərc bəndinə çevrilə bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Elon Musk-ın xAI şirkəti MacroHard adlı yeni ticarət nişanını qeydiyyatdan keçirməyə hazırlaşır

Elon Musk-ın xAI şirkəti MacroHard adlı yeni ticarət nişanını qeydiyyatdan keçirməyə hazırlaşır
Elon Musk qeyri-adi qərarları ilə təəccübləndirməyə davam edir. Bu dəfə onun xAI şirkəti MacroHard ticarət nişanının qeydiyyatı üçün müraciət edib və bu, bir çoxları tərəfindən Microsoft-a üstüörtülü bir çağırış kimi qiymətləndirilir.
xAI Grok-un uşaqlar üçün olan versiyasını istifadəyə verə bilər

xAI Grok-un uşaqlar üçün olan versiyasını istifadəyə verə bilər
xAI şirkətinin anime janrının pərəstişkarlarını cəlb etmək istəyi, istifadəçi auditoriyasını genişləndirməyə yönəlmiş təşəbbüslərin yalnız bir hissəsidir.
Google, OpenAI, xAI və Anthropic-in hər biri Pentaqondan 200 milyon dollarlıq müqavilə əldə edib

Google, OpenAI, xAI və Anthropic-in hər biri Pentaqondan 200 milyon dollarlıq müqavilə əldə edib
ABŞ-da süni zəka sahəsində fəaliyyət göstərən dörd aparıcı şirkət ABŞ Müdafiə Nazirliyindən silahlı qüvvələrdə yeni texnologiyaların tətbiqini sürətləndirmək məqsədilə iri müqavilələr alıb.
xAI şirkəti 200 milyard dollarlıq bazar dəyərinə yaxınlaşır

xAI şirkəti 200 milyard dollarlıq bazar dəyərinə yaxınlaşır
Mart ayında yaradılmış və sosial şəbəkə X ilə Grok adlı çat-botun tərtibatçısı xAI şirkətini birləşdirən xAI Holdings adlı konqlomerat, özünü minimum 200 milyard dollar kapitallaşma ilə qiymətləndirmək üçün təxminən 10 milyard dollar cəlb etməyə hazırlaşır.
Grok-4 çat-botu cavablarında Elon Musk-ın fikirlərindən istifadə edir

Grok-4 çat-botu cavablarında Elon Musk-ın fikirlərindən istifadə edir
Elon Musk-a məxsus olan xAI şirkəti dünən Grok 4 adlı süni zəka əsaslı çat-botunu istifadəyə verdi. İstifadəçilər və media dərhal diqqət yetiriblər ki, bu alqoritm mübahisəli məsələlərdə Musk-ın fikirlərini nəzərə alır və cavablar hazırlayarkən onun paylaşımlarını təhlil edir.
Həftənin xəbərləri

