
Google axtarış sistemindəki intim fotoları daha sərt şəkildə filtrasiya edəcək
Proqram Təminatı
19.09.2025
Emil Nəcəfov
Bu həftə Google, StopNCII.org layihəsi ilə tərəfdaşlıq etdiyini elan edib. Məqsəd şirkətin axtarış sistemi vasitəsilə insanların razılığı olmadan internetdə yayımlanmış intim foto və videoların qarşısını almaqdır. Axtarış nəhəngi StopNCII tərəfindən təqdim olunan heşləri istifadə edərək belə təsvirləri müəyyənləşdirəcək və nəticələrdən siləcək. Google, alqoritm tərəfindən yaradılan identifikatorlar olan heşlərdən istifadə edəcək. Bu identifikatorlar təhqiramiz kimi işarələnmiş məzmunu aşkar etməyə və bloklamağa imkan verir.

Mənbənin məlumatına görə, StopNCII.org layihəsi təsvirlər üçün PDQ-heşlərdən, videolar üçün isə MD5-heşlərdən istifadə edir. Bloklamaya yalnız razılıq olmadan yayımlanmış intim məzmun deyil, həm də emal olunmuş təsvirlər və ya neyron şəbəkələrlə yaradılmış deepfake-lər də düşə bilər. Bundan əvvəl Google dəfələrlə tənqid olunmuşdu ki, bu təşəbbüsü digər iri sənaye oyunçularından daha ləng həyata keçirir. Xatırladaq ki, Facebook, Instagram, TikTok və Bumble hələ 2022-ci ildə StopNCII təşəbbüsünə qoşulmuşdu, Microsoft isə öz Bing axtarış sistemi ilə 2024-cü ilin sentyabrında qoşulub.
Axtarış nəhəngi artıq belə məzmunun şəxsi əlaqə məlumatları ilə birlikdə silinməsi üçün müraciətlərin göndərilməsinə imkan verən alətləri tətbiq edib. Amma əvvəllər olduğu kimi, belə paylaşımların qurbanları müvafiq məzmunu özləri tapmalı və işarələməli idilər. İndi isə bu işin böyük hissəsi StopNCII.org və Google-un üzərinə düşəcək. StopNCII layihəsinə gəldikdə isə, o, Böyük Britaniyanın xeyriyyə təşkilatı olan South West Grid for Learning tərəfindən istifadəyə verilib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google Windows üçün lokal axtarış sistemini təqdim edib

Google Windows üçün lokal axtarış sistemini təqdim edib
Google yeni Google for Windows (Google app for Windows) adlı tətbiqi təqdim edib. Bu tətbiq lokal fayllar, Google Drive, quraşdırılmış tətbiqlər və veb resurslar üzrə axtarışı birləşdirir.
Reklam bloklayıcıları YouTube-dakı baxış saylarını azaldırmış

Reklam bloklayıcıları YouTube-dakı baxış saylarını azaldırmış
Avqustun ortalarından etibarən YouTube-da bir çox müəllif öz videolarının baxış sayında kəskin azalma qeydə almağa başlayıb - bəzi hallarda göstəricilər əvvəlki nəticələrin yarısına qədər düşüb.
Google-un ana şirkəti olan Alphabet bazar dəyəri 3 trilyon dollara çatmış dördüncü şirkət oldu

Google-un ana şirkəti olan Alphabet bazar dəyəri 3 trilyon dollara çatmış dördüncü şirkət oldu
Alphabet-in, yəni Google-un ana şirkətinin səhmlərinin dəyəri dünənki ticarət sessiyası zamanı 4%-dən çox artıb. Bunun nəticəsində Alphabet-in bazar kapitallaşması 3 trilyon dollara çatıb və şirkət daha əvvəl bu həddi keçmiş NVIDIA, Microsoft və Apple ilə birlikdə üçlüyə qoşulub.
Google Gemini ABŞ App Store-da ChatGPT-ni geridə qoyaraq ən məşhur pulsuz tətbiq olub

Google Gemini ABŞ App Store-da ChatGPT-ni geridə qoyaraq ən məşhur pulsuz tətbiq olub
Keçən həftənin cümə axşamına doğru, 9to5Google-un qeyd etdiyinə görə, Google Gemini tətbiqi ABŞ-da iPhone üçün ən məşhur pulsuz proqram təminatı siyahısında birinci yeri tutmağı bacarıb.
Google və Amazon reklamverənləri aldatmaqda şübhəli bilinirlər

Google və Amazon reklamverənləri aldatmaqda şübhəli bilinirlər
ABŞ Federal Ticarət Komissiyası (FTC) Amazon və Google ilə bağlı araşdırma başladıb. Şirkətlər reklamverənləri qəsdən aldatmaqda şübhəli bilinirlər.
Həftənin xəbərləri

