main-post-cover

    Google axtarış sistemindən özəl məlumatların silinməsi prosesi sadələşdirilib

    Proqram Təminatı
    27.02.2025
    Emil Nəcəfov
         Google axtarış sistemində bir sıra dəyişikliklər etdiyini elan edib. İndi istifadəçilər istəmədikləri şəxsi məlumatları axtarış nəticələrindən daha asanlıqla silə biləcəklər. Bunun üçün axtarış nəticəsinin qarşısında yerləşən üç vertikal nöqtəli düyməyə klikləmək lazım gələcək. Bu halda xüsusi bir interfeys açılacaq. İstifadəçi üç seçimdən birini seçərək silmə tələbi göndərə biləcək:
    - "Burada mənim şəxsi məlumatlarım əks olunub"
    - "Mənim qanuni silmə tələbim var"
    - "Məlumat köhnəlib və yenilənməsini istəyirəm".
    Seçimlərin izahı:
    - "Burada mənim şəxsi məlumatlarım əks olunub": Bu seçim istifadəçilərə şəxsi məlumatlarının, məsələn, telefon nömrəsi, e-poçt ünvanı, ev ünvanı, kredit kartı nömrəsi və hesab məlumatları kimi məlumatların silinməsi üçün müraciət etməyə imkan verir. İstifadəçi tələbi göndərdikdən sonra Google onu nəzərdən keçirəcək və silinib-silinməyəcəyinə qərar verəcək.
    - "Mənim qanuni silmə tələbim var": Bu seçim Google-un məhsul siyasətlərini pozan məzmunun silinməsi üçün müraciət etməkdir.
    - "Məlumat köhnəlib və yenilənməsini istəyirəm": Bu seçim axtarış nəticələrindəki köhnəlmiş məlumatların daha yenisi ilə əvəz olunmasını təmin edir.
         Bundan əlavə, Google-un "Sizin haqqınızdakı axtarış nəticələri" adlı xüsusi bir funksiyası da var. Bu funksiya istifadəçi haqqında axtarış nəticələrində göstərilən məlumatları, o cümlədən telefon nömrəsi, ünvan və digər şəxsi informasiyanı skan edir. İstifadəçi bu məlumatların silinməsi üçün birbaşa müraciət edə bilər.
    Mənbə: Google
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    YouTube, videoların ən uyğunsuz anlarında reklamlar sərgiləməyəcək
    youtube-videolarin-en-uygunsuz-anlarinda-reklamlar-sergilemeyecek
    Gmail-dəki avtorizasiya prosesində SMS kod üsulu QR kod ilə əvəzlənəcək
    gmail-deki-avtorizasiya-prosesinde-sms-kod-usulu-qr-kod-ile-evezlenecek
    Google hamı üçün pulsuz şəkildə Gemini Code Assist köməkçisini istifadəyə verib
    google-hami-ucun-pulsuz-sekilde-gemini-code-assist-komekcisini-istifadeye-verib
    Samsung Snapdragon prosessorlu smartfonlarında 8 illik Android dəstəyini reallaşdıra bilər
    samsung-snapdragon-prosessorlu-smartfonlarinda-8-illik-android-desteyini-reallasdira-biler
    Google hətta havada belə yazı yazmağa imkan verəcək stilusu patentləşdirib
    google-hetta-havada-bele-yazi-yazmaga-imkan-verecek-stilusu-patentlesdirib