main-post-cover

    Google Gemini statik fotonu 8 saniyəlik səsli videoya çevirmək imkanını əldə edib

    Proqram Təminatı
    11.07.2025
    Emil Nəcəfov
         Google öz süni zəka əsaslı çat-botu Gemini-ni statik fotoları 8 saniyəlik videolara çevirməyi öyrədib. Bu funksional imkan Veo 3 adlı video modeli əsasında işləyir və videolara fon səsləri, ətraf mühit səsləri və nitq kimi audio müşayiət də əlavə edə bilir. Fotoları videoya çevirmək üçün sadəcə çat-botun alətlər menyusundan “Video” bəndini seçmək və bir şəkil yükləmək kifayətdir. Daha sonra nə görmək və eşitmək istədiyinizi təsvir edən mətn əlavə edə bilərsiniz. Nəticədə isə sizə MP4 formatında, 720p keyfiyyətində və 16:9 nisbətində bir video təqdim olunur. Bütün videolarda görüntülü su nişanı olacaq. Bu, videonun süni zəka tərəfindən yaradıldığını təsdiqləyəcək. Həmçinin SynthID adlı görünməz rəqəmsal su nişanı da əlavə olunacaq. Bu funksiya artıq Google AI UltraPro ödənişli abunəçiləri üçün bəzi ölkələrdə əlçatandır. Bir həftə ərzində isə mobil cihazlarda da istifadəyə veriləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google Gemini mobil tətbiqlər işə qarşılıqlı əlaqə imkanını əldə edib
    google-gemini-mobil-tetbiqler-ise-qarsiliqli-elaqe-imkanini-elde-edib
    YouTube qeyri-leqal kontentlə zəngindir
    youtube-qeyri-leqal-kontentle-zengindir
    Nəşriyyatçılar süni zəka səbəbilə Google-u Avropa Komissiyasına şikayət ediblər
    nesriyyatcilar-suni-zeka-sebebile-google-u-avropa-komissiyasina-sikayet-edibler
    Google-da məlumat axtarışı kreativliyi boğa bilər
    google-da-melumat-axtarisi-kreativliyi-boga-biler
    ChatGPT-dən xəbər saytlarına keçid olduqca artıb
    chatgpt-den-xeber-saytlarina-kecid-olduqca-artib