main-post-cover

    Google reklamları çat-botlarla yazışmalarda ortaya çıxmağa başlayıb

    Proqram Təminatı
    02.05.2025
    Sabina Rustamli
         Google startapların çat-botları ilə aparılan yazışma interfeysində reklam göstərməyə başlayıb. Bu addımla Alphabet holdinqi rəqəmsal reklam sahəsində liderliyini qorumağa çalışır - çünki generativ süni zəka bazarının inkişafı şirkətin mövqelərini təhlükə altına salır. Ənənəvi olaraq digər saytların axtarış nəticələrində reklam göstərən Google AdSense for Search şəbəkəsi indi fəaliyyət sahəsini genişləndirib - reklamlar artıq süni zəka texnologiyaları üzrə ixtisaslaşmış startapların yaratdıqları çat-botlarla aparılan yazışmalarda da görünür. Bloomberg-in məlumatına əsasən Google bu yanaşmanı keçən ildən etibarən test etməyə başlayıb və artıq proqram çərçivəsində bir neçə startap - o cümlədən iAsk Liner kimi axtarış tətbiqləri - bu prosesə qoşulub.
         Öz axtarış sisteminin nəticələri ilə yanaşı reklam göstərmək Google-un biznesinin əsasını təşkil edir. Bu modelə təhlükə yaradan isə yeni və güclü bazar iştirakçıları - o cümlədən OpenAI Perplexity AI - olub. Onlar istifadəçilərə axtardıqlarını daha sürətli tapmağa kömək edən məhsullarla Google-un auditoriyasını cəlb etməyə çalışırlar. Google öz liderliyini qorumaq üçün ciddi səylər göstərir və bu layihənin uğurla həyata keçirilməsində generativ süni zəkanın monetizasiyası üçün yeni yollar həlledici rol oynayacaq. “AdSense for Search, dialoq əsaslı süni zəka məhsullarında uyğun reklam göstərmək istəyən saytlar üçün əlçatandır” - deyə Google nümayəndələri təsdiqləyiblər.
         iAsk və Liner nümayəndələri isə Google ilə əməkdaşlıqları barədə şərh verməkdən imtina ediblər. Google-un fəaliyyəti və onun reklam iqtisadiyyatına təsiri getdikcə daha çox tənzimləyici orqanların diqqət mərkəzinə çevrilir. 2024-cü ilin yekunlarına görə, Google-un axtarış xidməti üzrə gəliri 198 milyard dollar təşkil edib ki, bu da Alphabet holdinqinin illik satışlarının təxminən 60%-ni təşkil edir. Aprel ayında ABŞ Federal Məhkəməsi şirkətin internet reklamı sahəsində inhisarçı olduğunu qərara alıb. Lakin Google-un özü bu fikirdədir ki, o, dominant mövqedədir, çünki effektiv və istifadəsi asan reklam alətləri təklif edir. İndi isə şirkət startaplarla əməkdaşlıq quraraq, hətta axtarış bazarındakı payı azalsa belə, gəlir itkisinə yol verməməyə çalışır.
         Süni zəka startapları ilə birgə işləmək Google-a süni zəka çat-bot bazarında reklam məhsulları üçün zəmini yoxlamağa imkan verəcək. Gənc şirkətlər tez-tez biznes modellərini süni zəkanın hesablama resursları üçün yüksək xərcləri kompensasiya etməyə kömək edən reklam mexanizmləri üzərində qururlar. Bəzi yeni oyunçular reklamverənlərlə birbaşa əməkdaşlıq qurublar: Məsələn, Perplexity brendlərə istifadəçilər tərəfindən göndərilən əlavə sorğuların sponsorluğu imkanını təqdim edir. iAsk xidməti süni zəka cavablarının altında reklam göstərir, Liner isə istifadəçi sorğularının kontekstində bir neçə elan yerləşdirir. Çat-bot istifadəçiləri ənənəvi olaraq reklam linklərinə daha az klik etsələr də, şirkət bildirir ki, sistemi “Google-un axtarış reklamlarının çox ilkin versiyasına bənzər” şəkildə qurmağa çalışırlar - yəni sorğu ilə sıx əlaqəli az sayda reklam göstərmək məqsədilə.
    Mənbə: Bloomberg
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google Search-də AI Mode funksiyası istifadəyə verilib
    google-search-de-ai-mode-funksiyasi-istifadeye-verilib
    Google CEO-su: "Antimonopoliya tədbirləri Google Search-ü tamamilə məhv edəcək"
    google-ceo-su-antimonopoliya-tedbirleri-google-search-u-tamamile-mehv-edecek
    Google Gemini-nin iPhone-a inteqrasiyası üçün danışıqlar aparılır
    google-gemini-nin-iphone-a-inteqrasiyasi-ucun-danisiqlar-aparilir
    Google Gemini-də fotoların redaktəsi funksiyası istifadəyə verilib
    google-gemini-de-fotolarin-redaktesi-funksiyasi-istifadeye-verilib
    Google Gemini xarici dillərin öyrənilməsi və praktikasında yardımçı olacaq
    google-gemini-xarici-dillerin-oyrenilmesi-ve-praktikasinda-yardimci-olacaq