main-post-cover

    Google süni intellekt əsaslı vibe-coding platformasını hazırlayır

    Proqram Təminatı
    25.07.2025
    Emil Nəcəfov
         Reklam vərəqələrində yazıldığı kimi - hər kəs proqramçı ola bilər. Amma bunun üçün təşəkkür etməli olduğumuz çoxsaylı proqramlaşdırma məktəbləri deyil, süni intellekdir. Google bu “vibe-coding” epidemiyası ilə mübarizə aparmaq əvəzinə, ona özü rəhbərlik etməyə qərar verib. Vibe-coding - proqramlaşdırma dillərini bilmədən proqram kodu yazmağa deyilir. Bu sahədə süni intellekt böyük kömək göstərir - sadəcə nə istədiyinizi təsvir edin və o sizə kodu, hətta hazır layihəni təqdim edəcək! Əlbəttə, bütün məsələləri süni intellektə həvalə etmək olmaz, amma əsas və sadə tapşırıqları rahatlıqla optimallaşdırmaq mümkündür.
         Sadəcə tətbiqin nə etməli olduğunu təsvir edin və Gemini bütün texniki detalları öz üzərinə götürərək sizə Google hesabı olan dostlara göndərilə biləcək hazır layihə təqdim edəcək. Bu yolla Google proqramlaşdırma mühitindən (IDE) istifadəyə tamamilə son verməyə çalışır. Opal isə artıq Canva, Figma, Replit kimi platformalara rəqabət yaradır - bu platformalar da No-code proqramlaşdırma konsepsiyasını fəal şəkildə inkişaf etdirirlər. Hazırda xidmət yalnız ABŞ istifadəçiləri üçün Google Labs vasitəsilə ictimai beta rejimində əlçatandır.
         Şübhəsiz ki, süni intellekt proqramlaşdırma sahəsində olduğu kimi, bir çox başqa sahələrdə də aşağı ixtisas tələb edən işləri tamamilə əvəz edəcək. Bu, sadə layihələrin hazırlanmasını xeyli ucuzlaşdıracaq və sürətləndirəcək. Eyni zamanda, əksər mütəxəssislər süni intellektin yüksək ixtisaslı mütəxəssislər tələb edən mürəkkəb layihələrin hazırlanmasını əvəz edəcəyinə skeptik yanaşırlar. Hazırda biz son 30 ilin proqramlaşdırma sahəsində ən böyük transformasiyasının şahidi oluruq. Proqram təminatlarının hazırlanması daha sürətli və ucuz olacaq, lakin yüz minlərlə insan işsiz qalacaq. Bu, artıq ödəməyə başladığımız tərəqqinin bədəlidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google axtarış sistemində süni intellekt əsaslı çeşidləmə funksiyasını reallaşdırıb
    google-axtaris-sisteminde-suni-intellekt-esasli-cesidleme-funksiyasini-reallasdirib
    Google qısa link xidməti olan goo.gl-i bağlamağa hazırlaşır
    google-qisa-link-xidmeti-olan-googl-i-baglamaga-hazirlasir
    Böyük texnoloji şirkətlər ilin əvvəlindən 100 000-dən çox işçini ixtisar ediblər
    boyuk-texnoloji-sirketler-ilin-evvelinden-100-000-den-cox-iscini-ixtisar-edibler
    YouTube streaming bazarında liderliyini qorumağa davam edir
    youtube-streaming-bazarinda-liderliyini-qorumaga-davam-edir
    Google DeepMind qədim mətnlərin bərpası üçün Aeneas süni zəka modelini təqdim edib
    google-deepmind-qedim-metnlerin-berpasi-ucun-aeneas-suni-zeka-modelini-teqdim-edib