main-post-cover

    Google Veo 3 video generatoru Android və iOS-də istifadəyə verilib

    Proqram Təminatı
    02.06.2025
    Emil Nəcəfov
         Google I/O 2025 konfransında Veo 3 adlı süni zəka əsaslı video generatorunun təqdimatından sonra Google, aylıq 19$ dəyərində olan Google AI Pro abunə paketinə giriş imkanlarını genişləndirib. İndi Android iOS istifadəçiləri üçün Gemini tətbiqində də bu generatordan istifadə imkanı yaradılıb. Bundan əvvəl Veo 3 ilə video yaratmaq yalnız veb interfeys vasitəsilə mümkün idi. Hazırda Veo 3 ilə yalnız 10 video yaratmaq limiti mövcuddur, bundan sonra abunəçilər əvvəlki nəsil generator olan Veo 2-yə geri yönləndirilir.
         Google AI Pro tarif planı çərçivəsində Veo 3-ə məhdud giriş imkanı həmçinin Flow AI adlı film yaratma alətində də təqdim ediləcək. 30 may tarixində Google bütün süni zəka ilə yaradılmış videolara, Google AI Ultra abunəliyinə malik olan istifadəçilər üçün Flow AI aləti vasitəsilə yaradılanlar istisna olmaqla, görünən watermark (su nişanı) əlavə edib. Google-un süni zəka sistemi ilə yaradılan bütün məzmunlarda həmçinin görünməyən SynthID adlı su nişanı mövcuddur.
         I/O 2025 konfransında Google internetdə istifadə üçün nəzərdə tutulmuş SynthID Detector adlı aləti təqdim edib. Bu alət vasitəsilə istifadəçilər hər hansı bir məzmunda su nişanının olub-olmadığını yoxlaya biləcəklər. Hal-hazırda bu alət yalnız ilkin test iştirakçıları üçün əlçatandır, lakin tezliklə digər istifadəçilər üçün də istifadəyə veriləcək. Google həmçinin Google AI Ultra abunəliyini əldə edə biləcək istifadəçi dairəsini genişləndirib və bu tarif planını artıq Birləşmiş Krallıqda da təqdim edib. Hazırda bu imkan 73 ölkədə mövcuddur. ABŞ-da Google AI Ultra abunəliyinin aylıq qiyməti 249.99$ təşkil edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google tətbiqində Pinterest analoqu istifadəyə verilə bilər
    google-tetbiqinde-pinterest-analoqu-istifadeye-verile-biler
    Apple, Google, Microsoft və digər servislərin 180 milyon istifadəçisinin məlumatları internetdə yerləşibmiş
    apple-google-microsoft-ve-diger-servislerin-180-milyon-istifadecisinin-melumatlari-internetde-yerlesibmis
    Google süni zəka vasitəsilə yaradılan kontentləri təyin edən yeni alətini təqdim edib
    google-suni-zeka-vasitesile-yaradilan-kontentleri-teyin-eden-yeni-aletini-teqdim-edib
    Android XR eynəyin gündəlik həyatda necə çalışacağı sərgilənib (VİDEO)
    android-xr-eyneyin-gundelik-heyatda-nece-calisacagi-sergilenib-video
    Google Search-də AI Mode rejimi istifadəyə verilib
    google-search-de-ai-mode-rejimi-istifadeye-verilib