main-post-cover

    İnsanlar Google Gemini əvəzinə ChatGPT və Meta AI-ya daha çox üstünlük verirlər

    Proqram Təminatı
    24.04.2025
    Emil Nəcəfov
         Gemini süni zəka sisteminin aylıq istifadəçi sayı təxminən 350 milyon nəfər təşkil edir ki, bu da OpenAI-nin ChatGPT-si və hətta Meta AI ilə müqayisədə xeyli azdır. Bu rəqəm Google-un cavabdeh qismində iştirak etdiyi məhkəmə iclasında açıqlanmış sənədlərdə yer alıb. The Information-un məlumatına görə, Google-a qarşı davam edən antimonopoliya işinin son məhkəmə iclaslarından birində şirkət Gemini süni zəka köməkçisinin aktiv istifadəçi sayını əks etdirən slayd təqdim edib. Həmin məlumatlara əsasən, 2025-ci ilin mart ayına olan vəziyyətə görə, Gemini-nin aylıq aktiv istifadəçi sayı dünyada 350 milyon nəfərə çatıb. Gündəlik istifadəçi sayı isə təxminən 35 milyon nəfərdir.
         Rəqiblərindən geri qalmasına baxmayaraq, Google 2024-cü ilin oktyabrından etibarən Gemini istifadəçi payını artırıb. Həmin vaxt gündəlik istifadəçi sayı 9 milyon, aylıq isə 90 milyon nəfər idi. Google bu rəqəmləri ABŞ Ədliyyə Nazirliyinin şirkətin süni zəka vasitəsilə axtarış sahəsindəki dominantlığını genişləndirməsinin qarşısının alınması ilə bağlı bəyanatı kontekstində təqdim edib. Lakin hazırda Google-un bu sahədə geridə qaldığı açıq-aşkar görünür. Onun göstəriciləri ilə müqayisədə OpenAI və Meta onu xeyli qabaqlayır. TechCrunch-ın məlumatına görə, 2024-cü ilin sentyabrına olan vəziyyətə əsasən, Meta AI-nin aylıq istifadəçi sayı 500 milyona yaxın olub.
         OpenAI isə yaxın vaxtlarda bəyan edib ki, hər həftə ChatGPT-dən dünya üzrə 400 milyondan çox insan istifadə edir. Bu məlumatların hesablanma üsulu şirkətlər arasında fərqli olsa da, bu rəqəmlər şübhəsiz ki, Google-un OpenAI-dən süni zəka köməkçisi istifadəçilərinin sayına görə ciddi şəkildə geri qaldığını göstərir. Lakin hələ də qeyri-müəyyənlik qalır: Google-un təqdim etdiyi statistikaya Gemini-nin WorkspaceGmail kimi məhsullara inteqrasiyası daxil edilibmi? Halbuki bu məhsulların çox geniş istifadəçi bazası olduğu məlumdur.
    Mənbə: 9to5google
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Daha bir şirkət Chrome brauzerinin alınmasında maraqlıdır
    daha-bir-sirket-chrome-brauzerinin-alinmasinda-maraqlidir
    Google Play Market-də təsadüfi abunəlik və ya alış-verişlərdən qorunmaq üçün yeni mexanizm istifadəyə verilib
    google-play-market-de-tesadufi-abunelik-ve-ya-alis-verislerden-qorunmaq-ucun-yeni-mexanizm-istifadeye-verilib
    Son 10 ildə ilk dəfə YouTube playerinin istifadəçi interfeysi dəyişib
    son-10-ilde-ilk-defe-youtube-playerinin-istifadeci-interfeysi-deyisib
    Avropa Birliyi Apple-ı 500 milyon avro, Meta-nı isə 200 milyon avro məbləğində cərimələyib
    avropa-birliyi-apple-i-500-milyon-avro-meta-ni-ise-200-milyon-avro-mebleginde-cerimeleyib
    OpenAI şirkəti Chrome brauzerini almaqda maraqlıdır
    openai-sirketi-chrome-brauzerini-almaqda-maraqlidir