iOS 18, iPadOS 18 və macOS Sequoia-da itmiş və ya zədələnmiş media faylların bərpası funksiyası təqdim edilib
Proqram Təminatı
16.07.2024
Emil Nəcəfov
Apple şirkəti iOS 18 üçün nəzərdə tutulmuş yeni faydalı funksiyanı təqdim edib. Təqdim edilmiş funksiya itmiş və ya zədələnmiş foto və videoları bərpa etməyə imkan verəcək. Photos tətbiqindəki Recovered adlı qovluq smartfonda mövcud olmalarına baxmayaraq əlçatan olmayan media fayllarını avtomatik şəkildə aşkar edəcək və onları istifadəçiyə sərgiləyəcək. Beləliklə istifadəçi həmin media faylları bərpa etmək şansına sahib olacaq. Qeyd etmək lazımdır ki, sözügedən funksiyanı iOS 18 ilə yanaşı iPadOS 18 və macOS Sequoia əməliyyat sistemlərində də istifadə etmək mümkündür.
Apple şirkətinin sözlərinə əsasən bu yeni funksiya daha öncə itmiş və ya zədələnmiş media fayllarını identifikasiya edərək onları lokallaşdıra bilir. Həmin fayllar Photos tətbiqi daxilindəki Recovered qovluğunda əks olunacaqlar. Bu qovluq Photos tətbiqindəki Recently Deleted adlı qovluq ilə paralel mövcud olacaq. Məlumata əsasən istifadəçi bu və ya digər cihazını iOS 18, iPadOS 18 və ya macOS Sequoia əməliyyat sistemləri ilə yenilədikdən sonra cihaz özündə bərpa edilmiş foto və ya videonun olub-olmadığını yoxlamaq üçün skan prosesini işə salacaq.
Foto və videonun itməsi və ya zədələnməsinin bir sıra səbəbləri ola bilər. Məsələn bu cür problem məlumatlar bazasının zədələnməsi və ya çəkilmiş fotonun smartfon yaddaşında düzgün şəkildə saxlana bilməməsi hallarında yaşana bilər. Bundan əlavə olaraq Photos tətbiqindəki media fayllara keçid imkanına sahib kənar tətbiqlər də bu cür problemlərin səbəbkarı rolunda çıxış edə bilərlər. Photos tətbiqində Recovered qovluğunu işə salmaq üçün aşağıdakı addımları atmaq lazımdır.
- Photos tətbiqinə daxil olmaq
- Tətbiqdə aşağı enərək Utilities bölməsini tapmaq
- Recovered düyməsinə klikləmək və Face ID və ya Touch ID vasitəsilə autentifikasiyadan keçmək
- İtmiş/zədələnmiş foto və ya videonu seçərək seçilmiş faylı bərpa etmək və ya həmişəlik cihazdan silmək.
Qeyd etmək lazımdır ki, Photos tətbiqində Recovered qovluğu yalnız o halda görünəcək ki, cihazda mütləq şəkildə itmiş və ya zədələnmiş media fayl mövcud olsun. Əks halda Recovered qovluğunun işə salınması imkanı əks olunmayacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
FBI, Trump-a sui-qəsd hazırlayan cinayətkarın telefon şifrəsini sındıra bilməyib!
FBI, Trump-a sui-qəsd hazırlayan cinayətkarın telefon şifrəsini sındıra bilməyib!
Ötən həftə Donald Trump-a qarşı sui-qəsd cəhdini həyata keçirmək istəyən şəxs, FBI tərəfindən saxlanılaraq məsuliyyətə cəlb olunub. Lakin FBI, şəxsin telefon şifrəsini sındıra bilməyib
1 ildən çox dənizin dibində qalan Apple Watch, yenidən işlək vəziyyətdə tapılıb!
1 ildən çox dənizin dibində qalan Apple Watch, yenidən işlək vəziyyətdə tapılıb!
Bir istifadəçinin Karib dənizində suya dalarkən itən “Apple Watch” smart saatı, nağıllarda olduğu kimi sanki ayaq açaraq sahibinə geri qayıtmağı bacarıb.
Apple, iOS üçün ilk rəsmi PC emulyatorunu təsdiqləyib!
Apple, iOS üçün ilk rəsmi PC emulyatorunu təsdiqləyib!
Apple, iOS platformasında yeni bir yeniliyə imza ataraq ilk rəsmi PC emulyatoru olan UTM SE-ni təsdiqləyib. Bu inkişaf, iPhone istifadəçilərinə öz cihazlarında köhnə proqram təminatı və oyunları işə salmağa imkan verəcək.
Tim Cook, Apple Vision Pro ilə nələr etdiyini açıqlayıb!
Tim Cook, Apple Vision Pro ilə nələr etdiyini açıqlayıb!
Apple CEO-su Tim Cook, başlığı yeni bazarlarda tanıtmaq üçün hər gün Vision Pro-dan istifadə etdiyini və bunun onun gündəlik həyatının bir hissəsi olduğunu söyləyib.
Apple Vision Pro-nun satışları sürətlə aşağı düşür
Apple Vision Pro-nun satışları sürətlə aşağı düşür
Apple şirkətinin Vision Pro adlı qarışıq reallıq (AR + VR) cihazının rəsmi satışlarına fevral ayının əvvəlində start verilmişdi.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ