
Microsoft 365 ofis tətbiqlərinə Anthropic-in süni intellekt modelləri inteqrasiya edilib
Proqram Təminatı
25.09.2025
Emil Nəcəfov
Microsoft şirkəti Anthropic-in Claude Sonnet 4 və Claude Opus 4.1 süni intellekt modellərini öz ofis tətbiqlərinə - Microsoft 365 Copilot-a inteqrasiya etməyə başlayıb. Bu, modellərin seçimini genişləndirəcək və müştərilərə Anthropic texnologiyalarını həm Researcher agentində, həm də Microsoft Copilot Studio-da süni intellekt agentləri yaradarkən istifadə etməyə imkan verəcək. Bu gündən etibarən Microsoft 365 Copilot istifadəçiləri Frontier tətbiqi vasitəsilə Anthropic modellərini qoşmaq imkanı əldə ediblər. Researcher tətbiqində “Try Claude” düyməsi peyda olub və bu, sistemi OpenAI modellərindən Claude Opus 4.1-ə keçirməyə imkan verir. Qoşulduqdan sonra isə bir alət daxilində fərqli süni intellekt mühərrikləri arasında asanlıqla keçid etmək mümkündür.

Claude Sonnet 4 və Claude Opus 4.1 modelləri həmçinin süni intellekt agentlərinin yaradılması və idarə olunması üçün platforma olan Microsoft Copilot Studio-da da əlçatan olacaq. Microsoft-un Copilot for Business and Industries bölməsinin prezidenti Charles Lamanna-nın sözlərinə görə, bu, dərin analiz, iş proseslərinin avtomatlaşdırılması və çevik agent tapşırıqlarının yerinə yetirilməsi üçün alətlərin hazırlanmasına imkan yaradacaq. Bundan əlavə, Copilot Studio-da Anthropic, OpenAI və Azure model kataloqunda təqdim olunan digər təchizatçılardan modelləri birləşdirmək mümkün olacaq. Qeyd olunmalıdır ki, inteqrasiyaya baxmayaraq, Anthropic modellərinin özü Microsoft-un əsas bulud rəqibi olan Amazon Web Services infrastrukturu üzərində yerləşdirilməyə davam edəcək.

Microsoft bu süni intellektlərə Anthropic-in açıq API-si vasitəsilə standart şəkildə çıxış təmin edəcək. Bununla belə, şirkət daha əvvəl Grok 3 modelini Azure buludunda yerləşdirmək üçün xAI ilə müqavilə imzalamışdı və gələcəkdə Anthropic ilə də analoji sazişin bağlanması istisna edilmir. Bu açıqlama Microsoft-un Visual Studio Code mühitində OpenAI-dən daha çox Anthropic-ə üstünlük verməyə başlamasından cəmi 1 həftə sonra gəlib. Orada GitHub Copilot-un ödənişli istifadəçiləri indi əsasən Claude Sonnet 4-dən istifadə edirlər. Həmçinin bildirilib ki, yaxın vaxtlarda Anthropic modelləri Excel və PowerPoint-də də tətbiq oluna bilər, çünki onlar OpenAI modelləri ilə müqayisədə daha yüksək performans göstəriblər.
Linki kopyala
microsoft office 365
claude sonnet 4
microsoft
anthropic claude opus 4.1
claude opus 4.1
anthropic
anthropic claude sonnet 4
Bənzər xəbərlər
Oxşar xəbərlər
Yeni müqavilənin şərtlərinə görə Microsoft OpenAI-nin kiçik hissəsini əldə edə bilər

Yeni müqavilənin şərtlərinə görə Microsoft OpenAI-nin kiçik hissəsini əldə edə bilər
OpenAI şirkəti onilliyin sonuna qədər, xüsusilə Microsoft-a ötürülən gəlir payını hazırkı 20%-dən 8%-ə endirməyi planlaşdırır.
OpenAI restrukturizasiya mövzusunda Microsoft ilə razılığa gəlib

OpenAI restrukturizasiya mövzusunda Microsoft ilə razılığa gəlib
Dəfələrlə qeyd edildiyi kimi, hazırkı təşkilati strukturda qeyri-kommersiya fondunun dominantlığı bir çox potensial investorları narahat edirdi, çünki onlar şirkətin mənfəətini bölüşdürmək imkanlarında məhdudlaşdırılırdılar.
Microsoft süni intellekt sahəsində özü-özünü təmin etmək niyyətindədir

Microsoft süni intellekt sahəsində özü-özünü təmin etmək niyyətindədir
Microsoft və OpenAI arasında sıx əməkdaşlığın səbəblərindən biri bu günə qədər birincinin ikincinin böyük dil modellərinə marağı olub. Bu müddət ərzində Microsoft OpenAI-a öz hesablama gücünü təqdim edirdi.
Microsoft OpenAI-dan asılılığını Anthropic ilə əməkdaşlıq vasitəsilə aşağı salmaq istəyir

Microsoft OpenAI-dan asılılığını Anthropic ilə əməkdaşlıq vasitəsilə aşağı salmaq istəyir
İndiyədək OpenAI-nin ən böyük investoru Microsoft olub, lakin gözlənilən restrukturizasiya şərtləri birincini tam şəkildə qane etmir.
Microsoft şirkəti Ümumdünya Nüvə Assosiasiyasına qoşulub

Microsoft şirkəti Ümumdünya Nüvə Assosiasiyasına qoşulub
Datacenter Dynamics-in məlumatına görə, Microsoft şirkəti nüvə energetikasının inkişafı ilə məşğul olan beynəlxalq qeyri-kommersiya təşkilatı - Londonda yerləşən Ümumdünya Nüvə Assosiasiyasına (WNA) qoşulub.
Həftənin xəbərləri

