
Microsoft ən məşhur mobil tətbiqinin dəstəyini yaxın zamanda dayandıracaq
Proqram Təminatı
11.08.2025
Emil Nəcəfov
Microsoft ekosistemində sənədlərin skan edilməsi və rəqəmsallaşdırılması üçün nəzərdə tutulmuş ən məşhur pulsuz mobil alətlərdən biri olan Microsoft Lens tətbiqini mərhələli şəkildə deaktiv etməyə başlayacaq. Məlumata görə, xidmətin tam dayandırılması 2025-ci ilin dekabrına planlaşdırılıb. İstifadəçilərə oxşar funksiyaların mövcud olduğu Microsoft 365 Copilot-a keçmək təklif olunacaq. Microsoft Lens - Android və iOS platformaları üçün nəzərdə tutulmuş pulsuz tətbiqdir.

O, ilk dəfə 2014-cü ildə Office Lens adı ilə istifadəyə verilib və 2021-ci ildə Microsoft Lens olaraq yenidən adlandırılıb. Tətbiq sənədləri skan etməyə, əl yazısını tanımağa və rəqəmsallaşdırmağa, şəkilləri PDF, Word, Excel və PowerPoint formatlı fayllara çevirməyə, həmçinin materialları OneDrive və OneNote bulud xidmətlərində saxlamağa imkan verir. Hazırda tətbiqin Google Play-də 4.6 ulduz reytinqi və yalnız bu platformada 50 milyondan çox yüklənməsi var ki, bu da onu Microsoft-un ən çox tələbat görən mobil alətlərindən birinə çevirir.
Mərhələli deaktivasiya sentyabr ayının ortasında başlayacaq. Oktyabrda Microsoft Lens yeni quraşdırmalar üçün əlçatan olmayacaq, noyabrda isə tətbiq mağazalarından tamamilə silinəcək. Dekabr ayında yeni skanlar yaratma funksiyası tamamilə deaktiv ediləcək, lakin əvvəllər saxlanılmış məlumatlar istifadəçilərin hesablarında qalacaq. Microsoft bu qərarını Lens-i süni intellekt əsaslı alətlər də daxil olmaqla digər imkanlarla birləşdirən vahid Microsoft 365 Copilot platformasına keçidlə izah edib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Microsoft GPT-5-i artıq Copilot-a inteqrasiya edib

Microsoft GPT-5-i artıq Copilot-a inteqrasiya edib
OpenAI rəsmi olaraq GPT-5-i təqdim edib və Microsoft artıq onu Copilot, Microsoft 365 Copilot, Azure AI Foundry, GitHub Copilot və digər xidmətlərinə inteqrasiya etməyə başlayıb.
Microsoft Google DeepMind mütəxəssislərini özünə cəlb edir

Microsoft Google DeepMind mütəxəssislərini özünə cəlb edir
2024-cü ildə süni intellekt texnologiyaları uğrunda yarışda Microsoft, Inflection AI startapının əhəmiyyətli sayda əməkdaşını öz komandasına cəlb etdi və şirkətin baş direktoru, əvvəllər DeepMind-in həmtəsisçisi olmuş Mustafa Suleyman, Microsoft AI bölməsinin rəhbəri oldu.
Windows-da klaviatura ilə siçanın süni intellekt ilə nə zaman əvəzlənəcəyi açıqlanıb

Windows-da klaviatura ilə siçanın süni intellekt ilə nə zaman əvəzlənəcəyi açıqlanıb
Microsoft hesab edir ki, 5 il sonra süni intellekt Windows əməliyyat sistemində əsas rol oynayacaq. Şirkət “Windows 2030 Vision” adlı video yayımlayıb və burada qeyd olunur ki, insanla əməliyyat sistemi arasında əsas ünsiyyət vasitəsi təbii danışıq olacaq.
Microsoft virus və zərərli proqram təminatlarının avtonom axatışı üçün süni intellekt prototipini təqdim edib

Microsoft virus və zərərli proqram təminatlarının avtonom axatışı üçün süni intellekt prototipini təqdim edib
Microsoft, proqram fayllarını analiz edə və gizli zərərli proqram təminatını aşkar edə bilən Project Ire adlı avtonom süni intellekt agentinin prototipini təqdim edib.
Böyük şirkətlər bu il süni intellektə ümumilikdə 344 miyard dollar xərcləyəcəklər

Böyük şirkətlər bu il süni intellektə ümumilikdə 344 miyard dollar xərcləyəcəklər
Heyvani qorxu şirkətləri idarə edir, onları öz süni intellektlərini inkişaf etdirmək üçün 10 milyardlarla dollar xərcləməyə vadar edir. Bu texnoloji silahlanma yarışı artıq hərəkətə keçmiş bir qatara minməyə çalışmanın parlaq nümunəsidir.
Həftənin xəbərləri

