Microsoft Windows 11-i süni intellekt agentləri ilə zəngin əməliyyat sisteminə çevirmək istəyir
Proqram Təminatı
22.10.2025
Emil Nəcəfov
     Microsoft artıq bir müddətdir agent əsaslı əməliyyat sistemi konsepsiyasını irəli sürür və indi bu istiqamətdə gələcək planları ilə bağlı əlavə məlumatlar açıqlayıb. Microsoft vitse-prezidenti Stefan Kinnestrand bildirib ki, müəyyən vaxtdan sonra Windows 11 daxili süni intellektə malik əməliyyat sisteminə çevriləcək. Bu sistem süni intellekt agentləri vasitəsilə genişləndirilmiş imkanlar və gücləndirilmiş təhlükəsizlik təmin edəcək. O bunu Windows tarixində “növbəti fəsil” adlandırıb. Süni intellekt funksiyalarının həyata keçirilməsi üçün Microsoft aktiv şəkildə Copilot+ PC cihazlarını təbliğ edir.
     Şirkət vurğulayır ki, bu cihazlar süni intellekt texnologiyalarından istifadə edərək müxtəlif tapşırıqların yerinə yetirilməsində yüksək məhsuldarlıq təmin edir. Bundan belə nəticə çıxır ki, proqram təminatı nəhəngi süni intellekti əməliyyat sisteminin ayrılmaz hissəsinə çevirmək niyyətindədir - yəni onu əlavə modul kimi deyil, əsas sistem funksiyaları səviyyəsində inteqrasiya etmək istəyir. Eyni zamanda, agent əsaslı əməliyyat sisteminin tərkibindəki süni intellekt köməkçilərinin istifadəçi əvəzinə bir sıra prosesləri yerinə yetirmələri gözlənilir - bunun üçün sadəcə tələb olunan tapşırıqları müəyyənləşdirmək kifayət edəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Paint süni intellekt vasitəsilə animasiyalar yaratmağı və fotoları redaktə etməyi öyrənib
Paint süni intellekt vasitəsilə animasiyalar yaratmağı və fotoları redaktə etməyi öyrənib
Windows 11 üçün Paint, Microsoft-un son 1 il ərzində əhəmiyyətli dərəcədə təkmilləşdirdiyi tətbiqlər sırasındadır və indi o, süni intellekt əsaslı daha iki yeni funksiya əldə edib. Qrafik redaktor artıq istifadəçilərin statik şəkillərini qısa animasiyalara çevirməyi və şəkilləri generativ süni intellekt modeli vasitəsilə redaktə etməyi bacarır.
Windows 11 səsli idarəetməni və yeni süni intellekt funksiyalarını əldə edəcək
Windows 11 səsli idarəetməni və yeni süni intellekt funksiyalarını əldə edəcək
Windows 10 ilə vidalaşan Microsoft şirkəti, Windows əməliyyat sisteminin 40 illik yubileyi ərəfəsində masaüstü sistemini köklü şəkildə yeniləməyə və süni intellekt funksiyalarını dərin inteqrasiya etməyə qərar verib.
Microsoft özünün sıfırdan hazırlamış olduğu MAI-Image-1 şəkil generatorunu təqdim edib
Microsoft özünün sıfırdan hazırlamış olduğu MAI-Image-1 şəkil generatorunu təqdim edib
Microsoft AI - süni intellekt sahəsində işləyən bölmə - MAI-Image-1 adlı alqoritmi təqdim edib. Bu, şirkət daxilində sıfırdan hazırlanmış ilk mətn təsviri əsasında şəkil yaradan süni intellekt generatorudur.
Bir dövrün sonu: Windows 10-un rəsmi dəstəyi dayandırılıb
Bir dövrün sonu: Windows 10-un rəsmi dəstəyi dayandırılıb
Microsoft əməliyyat sistemlərindən istifadə edən və Windows 11-ə keçmək istəməyənlər üçün vaxt başa çatıb - şirkət artıq Windows 10 üçün dəstəyi dayandırıb.
Apple yeni reklam çarxında Windows-un “mavi ölüm ekranı”nı ələ salıb (VİDEO)
Apple yeni reklam çarxında Windows-un “mavi ölüm ekranı”nı ələ salıb (VİDEO)
Apple yeni bir reklam kampaniyasına başlayıb və bu kampaniyada açıq şəkildə Windows əsaslı kompüterləri ələ salır. 8 dəqiqəlik reklam çarxının mərkəzində bir çoxlarına tanış olan “mavi ölüm ekranı” (BSOD) dayanır - o, istifadəçi vacib bir işlə məşğul olarkən ekranda peyda olur.
Həftənin xəbərləri