2 aylıq test müddətindən sonra Nothing şirkəti Nothing Phone (2) üçün Android 14-ün stabil versiyasını istifadəyə verib. Sözügedən smartfon üçün Android 14-ün stabil versiyası NothingOS 2.5 istifadəçi interfeysinin tərkibində təqdim edilib. Sistem yenilənməsi yaxın günlərdə Nothing Phone (2)-nin bütün dünyadakı istifadəçiləri üçün aktivləşdiriləcək.